Batken
Batken (qırğız dilində: Batken) - Qırğızıstanda şəhər, Batken vilayətinin və Batken rayonunun inzibati mərkəzi.
Şəhər | |||||
Batken | |||||
---|---|---|---|---|---|
|
|||||
40°03′45″ şm. e. 70°49′10″ ş. u. | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1934 | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 1.036 m | ||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +996 3622 | ||||
| |||||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Batken şəhəri Qırğızıstanın cənub-qərbində, Oş şəhərindən qərbdə, 240 km. aralı məsafədə yerləşir. Şəhərin ümumi sahəsi 5180 hektardır. Şəhərətrafı ərazilər nəzərə alınmadan şəhərin xüsusi ərazisi 1143 hektardır. Şəhərətrafı ərazilərdə kənd təsərrüfatına yararlı ərazilər 4037 hektardır, bu ərazidən 1106 hektarı kəndli təsərrüfatlarının, o cümlədən, 918 hektarı becərilən torpaqların, 2400 hektarı otlaqların payına düşür.
Şəhər idarəetmə orqanlarının sərəncamında olan ərazinin sahəsi 205 km².-dir, bu ərazidən 51,8 km².-i şəhərin, qalan 153 km²-i isə şəhərətrafı 3 kəndin ərazisini (onlardan ən böyüyü 3207 nəfər əhalisi olan Kızıl-Jol kəndidir) təşkil edir.
Əhalisi
Batken şəhərinin əhalisi 23 134 nəfərdir (2009) [2]. 2009-cu ildə aparılmış əhalinin siyahıya alınmasına görə Batken şəhərində 14 millətin nümayəndələri yaşasa da, burada əhalinin mütləq əksəriyyətini - 99,5 faizini qırğızlar təşkil edirlər.
İnzibati-ərazi quruluşu
Şəhər inzibati-ərazi quruluşuna görə 6 kvartala - Aeroport, Bazar-Başi, Bulak-Başi, Keleçek, Kızıl-Don, və Kızıl-Jol kvartallarına bölünür.
Tarixi
Qırğızıstan Respublikasının Batken şəhərinin əsası eyni adlı rayonun mərkəzi kimi 1934-cü ilin aprelində qoyulmuşdur. 1999-cu ildə separatçıların bir sıra hücumlarından sonra idarəetmənin səmərəliliyini yüksəltmək məqsədilə Oş vilayətinin 3 qərb rayonundan ibarət Batken inzibati mərkəz olmaqla Batken vilayəti təşkil olundu. Bununla əlaqədar əhalisi 10987 nəfər (2000) olan Batkenə 2000-ci ildə şəhər statusu verildi [3]. 2001-ci ildə şəhərətrafı 3 kənd də şəhərin inzibati idarəçiliyinin tabeliyinə verildi. Batken şəhəri 2009-cu ildən vilayət tabeli şəhər statusu almışdır [4].
İqtisadiyyatı
Batken şəhərində sənaye zəif inkişaf etmişdir. Şəhərdə energetika, yüngül və yeyinti sənayesi sahələrinə aid 16 müəssisə fəaliyyət göstərir. Bu müəssisələrdə əmək qabiliyyətli əhalinin yalnız 6,5 faizi məşğul olur [5]. Şəhərin hündür dağlar əhatəsində yerləşməsi dağ alpinizminin də inkişafına təsir göstərmişdir. Əhalinin əksəriyyəti kənd təsərrüfatı ilə bağlı emal sahələrində çalışır. Bütün bunlarla yanaşı, əhali arasında işsizlik yüksək səviyyədədir. Şəhər nəqliyyatı da zəif inkişaf etmişdir.
Xarici keçid
- На сайте Ассоциации городов Кыргызской Республики Arxivləşdirilib 2010-07-27 at the Wayback Machine
İstinadlar
- GEOnet Names Server. 2018.
- "Национальный статистический комитет Кыргызской Республики. Перепись населения 2009 года. Баткенская область" (PDF). 2011-08-10 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-08-10.
- Закон Киргизької Республіки №42 від 18 лютого 2000 року «Про утворення міста Баткен Баткенської області Киргизької Республіки». (rus.)
- Закон Киргизької Республіки №247 від 1 грудня 2008 року «Про виведення міста Баткена зі складу Баткенського району Баткенської області і надання йому статусу міста обласного значення». (rus.)
- http://www.citykr.kg/batken.php.На%5B%5D сайте Ассоциации городов Кыргызской Республики