Bataqlıq tısbağası
Avropa bataqlıq tısbağası (lat. Emys orbicularis) — Bataqlıq tısbağaları cinsinə aid tısbağa növüdür.
Bataqlıq tısbağası | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Bataqlıq tısbağası |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Xariçi görünüşü
Orta ölçülərə malik olub, yarımnövlərindən asılı olaraq karapaksın uzunluğu 12-35 sm arasında dəyişir. Çəkiləri isə 1,5 kq olur. Gözləri sarı, narıncı və ya qırmızımtıl olur. Çanaq üstdən qara, qonur-qəhvəyi, tünd-zeytunu rəngdə olur. Başda, boyunda və ətraflarda çoxsaylı sarı rəngli xallar yerləşir.
Yayılması
Avropa, Qafqaz, Ön Asiyada, həmçinin İspaniya, İtaliya, Mərakeş, Əlcəzair, Fransa, Türkiyə, Azərbaycan, Gürcüstan, Latviya, Litva, Rusiya, Moldova, Qazaxıstan, Türkmənistan və İranda yayılıblar. Əsasən düzənlik və ön dağlıq ərazilərdə rast gəlinirlər. Mərakeşdə isə hətta 1700 m yüksəkliklərdə rast gəlinir. Yüksək dağlıq istisna olmaqla Azərbaycanda bütün şirin su hövzələrdə rast gəlinir: göl, bataqlıq, gölməçələr, suvarma kanalları və s.
Həyat tərzi
Aktivliyi
Onlar əsasən gün çıxdıqdan sonra aktivləşirlər. Qışlamadan hava +6—14 °C və suda +5—10 °C olarkən mart-aprel ayları qayıdırlar. Qışlama isə oktyabrın sonu noyabrın əvvələrinə təsadüf edir.
Qidalanması
Bataqlıq tısbağaları əsasən onurğasızlarla qidalanırlar. Qurdlar, molyusklar, xərçəngkimilər və s ilə qidalanırlar. Bitkilər onların qida rasionunda az bir qism təşkil edir.
Çoxalması
Qışlamadan qayıdan tısbağalar bir müddət sonra çütləşirlər. Cütləşmə zamanı suyun temperaturu 23-25° təşkil etməlidir. Cütləşmədən 50-65 gün sonra isə dişi yumurta qoyur. İnkubasiya 27-29° baş verir. 3-19 ağ yumurta qoyurlar. Yumurtalar ellips formasında olur. Uzunluqları 28–29 mm, eni 12–21 mm, çəkisi 7-8 q təşkil edir. İnkubasiya 60-110 gündür. Balalar 22–25 mm uzunluğa və 5 q çəkiyə malik olurlar[3]
Düşmənləri
Əsasən iri məməlilər və yırtıcı quşlar onların düşmənləridir. Onların yumurtalarını isə çöl itləri, tülkülər və qarğalar yeyirlər[4]
Xüsusiyyətləri
Onların təbiətdə 25-30 il yaşaması məlumdur. Bununla belə hətta 120 yaşlı tısbağaların olması məlumatı vardır[5] Latviyanın Dauqavpilis şəhərində tısbağaya abidə ucaldılmışdır.
Təsnifatı
Ümumilikdə bu növə 16 yarımnöv daxildir[6], onlarda öz növbəsində 5 qrupa bölünür. Yarımnövləri:
- Emys orbicularis capolongoi — Kapolonqa bataqlıq tısbağası. Uzunluğu 14,5 sm, İtaliya (Sardiniya) ərazisində yayılmışdır.
- Emys orbicularis colchica — Kolxida bataqlıq tısbağası. Uzunluğu 16,5 sm, tünd rəngi və kiçik başı ilə seçilir. Qara dəniz sahili ərazilərdə, Cənubi Qafqaz və şərqi Türkiyə.
- Emys orbicularis eiselti — Eyselta bataqlıq tısbağası. Uzunluğu 13 sm, şərqi Türkiyə ərazisində yayılıb.
- Emys orbicularis fritzjuergenobstii — Obsta bataqlıq tısbağası черепаха Обста. Uzunluğu 15 sm, İspaniyaının Aralıq dənizi sahillərində yayılıb.
- Emys orbicularis galloitalica — Qallo-İtalyan bataqlıq tısbağası. Uzunluğu 16,5 sm. Cənubi Fransa və İtaliya və Şimali İspaniya.
- Emys orbicularis hellenica — Ellada bataqlıq tısbağası. Uzunluğu 19 sm. Albaniya, Egey dənizi sahillərində.
- Emys orbicularis hispanica — İspaniya bataqlıq tısbağası. Uzunluğu 17 sm. Cənub-qərbi İspaniya, Portuqaliya.
- Emys orbicularis iberica — İberiya bataqlıq tısbağası.
- Emys orbicularis ingauna.
- Emys orbicularis kurae — Kür bataqlıq tısbağası. Uzunluğu 18 sm. Azərbaycan, bütün Cənubi Qafqazda yayılıb.
- Emys orbicularis lanzai — Lansa bataqlıq tısbağası. Uzunluğu 15 sm. Fransa Korsika adasında.
- Emys orbicularis luteofusca — Qızılı-qara bataqlıq tısbağası. Uzunluğu 20 sm. Türkiyədə yayılıb.
- Emys orbicularis occidentalis — Qərb bataqlıq tısbağası. Uzunluğu 15 sm. Şimali Afrikadan Şərqi Qazaıstana qədər olan ərazilərdə.
- Emys orbicularis orientalis — Şərq bataqlıq tısbağası.
- Emys orbicularis persica — Fars bataqlıq tısbağası. Uzunluğu 18 sm. Əsasən Xəzər dənizinin cənubu, İran və Türkmənistan ərazilərində.
Qalereya
- Dişi yuva önündə
- Bala tısbağa
- Emys orbicularis galloitalica
- Пластрон
- Kür bataqlıq tısbağası
Mənbə
- Bataqlıq tısbağası Emys orbicularis (Linnaeus, 1758)
- Bataqlıq tısbağası — Emys orbicularis (Linnaeus, 1758)
- Болотная черепаха Emys orbicularis (Linnaeus, 1758) Arxivləşdirilib 2009-09-24 at the Wayback Machine на сайте Живая вода Arxivləşdirilib 2010-04-02 at the Wayback Machine
- Avropa bataqlıq tısbağası (Emys orbicularis) Arxivləşdirilib 2010-11-26 at the Wayback Machine
- Avropa bataqlıq tısbağası (Emys orbicularis) Черепахи.ру saytı
Ədəbiyyat
- Алекперов А.М. Земноводные и пресмыкающиеся Азербайджана. Изд-во "Элм". Баку, 1978, 264 с.
- Azərbaycan heyvanlar aləmi, III Onurğalılar, Bakı: Elm, 2004, 619 s.
- Банников А. Г., Даревский И. С., Ищенко В. Г., Рустамов А. К., Щербак Н. Н. Определитель земноводных и пресмыкающихся фауны СССР. Учеб. пособие для студентов биол. специальностей пед. институтов. — М.: Просвещение, 1977 — С. 73—74.
- Гуржий А. Н. Черепахи аквариумные и сухопутные. — М.: Дельта-М, 1999. С. 74—78.
- Завьялов Е. В., Табачишин В. Г., Шляхтин Г. В. Современное распространение рептилий на севере Нижнего Поволжья. современная герпетология. 2003. Том 2. С. 52—67.
- Куриленко B.G., Вервес Ю. Г. Земноводні та плазуни фауни Украïни: Довідник-визначник (Навч. посіб.) — К.: Генеза, 1998. — С. 115—119.
- Махлин М. Д. Черепахи у вас дома. — М.: Дельта-М, 2000. — С. 35—39.
- Орлова В. Ф., Семенов Д. В. Природа России. Жизнь животных. Земноводные и пресмыкающиеся. — М.: "ООО Фирма "Издательство АСТ"", 1999. — С. 131—134.
- Пупиньш М. Ф., Пупиня А. Опыты и проблемы зоокультуры находящегося под угрозой исчезновения в Латвии вида Emys orbicularis L. / Зоокультура и биологические ресурсы. Материалы научно-практической конференции. Москва: Т-во научных изданий КМК. 2005.
- Ручин, А. Б., Рыжов М. К. Красная книга Республики Мордовия: земноводные и пресмыкающиеся // Природное наследие России: изучение, мониторинг, охрана. Мат. межд. науч. конф. Тольятти 2004. с. 232—233
- Рыжов М. К. Находки болотной черепахи в Республики Мордовия // Актуальные проблемы герпетологии и токсинологии. Сб. науч. трудов. Вып. 9. Тольятти 2006. С. 159—164.
- Жизнь животных в 7-ми т. / Гл. редактор В. Е. Соколов. Т. 5. Земноводные и пресмыкающиеся. / А. Г. Банников, И. С. Даревский, М. Н. Денисова и др.; под ред. А. Г. Банникова — 2-е изд., перераб. — М.: Просвещение, 1985. — С. 134—136.
- Adolfo Cordero Rivera & César Ayres Fernández. A management plan for the European pond turtle (Emys orbicularis) populations of the Louro river basin (Northwest Spain). Biologia, Bratislava, 59/Suppl. 14: 161—171, 2004. Arxivləşdirilib 2014-03-27 at the Wayback Machine
- Armando Gariboldi & Marco A. L. Zuffi. Notes on the population reinforcement project for Emys orbicularis (Linnaeus, 1758) in a natural park of northwestern Italy (Testudines: Emydidae). Herpetozoa 7(3/4): 83—89 Wien, 30. Dezember 1994.
- César Ayres Fernández & Adolfo Cordero Rivera. Asymmetries and accessory scutes in Emys orbicularis from Northwest Spain. Biologia, Bratislava, 59/Suppl. 14: 85—88, 2004 Arxivləşdirilib 2013-06-13 at the Wayback Machine
- Dinçer Ayaz1, Ertan Taşkavak, Abidin Budak. Some Investigations on the Taxonomy of the Emys orbicularis (Linnaeus, 1758) (Testudinata: Emydidae) Specimens from Aegean Region of Turkey. E.U. Journal of Fisheries & Aquatic Sciences 2004. Cilt/Volume 21, Sayı/Issue (3-4): 279—285 Arxivləşdirilib 2010-12-25 at the Wayback Machine
- Dinçer Ayaz, Uwe Fritz, Mehmet Kutsay Atatur, Ahmet Mermer, Kerim Cicek, and Murat Aafsar. Aspect of Population Structure of the European Pond Turtle (Emys orbicularis) in Lake Yayla, Western Anatolia, Turkey. Journal of Herpetology, Vol. 42, No. 3, pp. 518–522, 2008
- E. Balázs and Gy. Györffy. Investigation of the European Pond Turtle (Emys orbicularis Linnaeus, 1758) Population Living in a Backwater near the River Tisza, Southern Hungary. TISCIA 35, 55—64.
- Ertan Taskavak and Dincer Ayaz. Some Investigations on the Taxonomic Status of Etnys orbicularis from the Aegean and Central Anatolian Regions of Turkey. Pakistan Journal of Biological Sciences 9 (4): 574—581, 2006
- Gentile Francesco Ficetola, Fiorenza De Bernardi. Is the European "pond" turtle Emys orbicularis strictly aquatic and carnivorous? Amphibia-Reptilia 27 (2006): 445—447
- G.F. Ficetola, E. Padoa-Schioppa, A. Monti, R. Massa, F. De Bernardi and L. Bottoni. The importance of aquatic and terrestrial habitat for the European pond turtle (Emys orbicularis): implications for conservation planning and management. Can. J. Zool. 82: 1704—1712 (2004).
- Hosseinzadeh Colagar A. and N. Jafari. Red blood cell morphology and plasma proteins electrophoresis of the European pond terrapin Emys orbicularis. African Journal of Biotechnology Vol. 6 (13), pp. 1578–1581, 4 July 2007
- M. A. L. Zuffi, A. Celani, E. Foschi & S. Tripepi. Reproductive strategies and body shape in the European pond turtle (Emys orbicularis) from contrasting habitats in Italy. Journal of Zoology 271 (2007) 218—224
- M. A. L. Zuffi, F. Odetti and P. Meozzi. Body size and clutch size in the European pond turtle (Emys orbicularis) from central Italy. J. Zool., Lond. (1999) 247, 139—143
- P. Lenk, U. Fritz, U. Joger and M. Wink. Mitochondrial phylogeography of the European pond turtle, Emys orbicularis (Linnaeus 1758). Molecular Ecology (1999) 8 , 1911—1922
- Robert S. Sommer, Charlotte L Indqvist, Arne Persson, Henrik Bringsoe, Anders G. J. Rhodin, Norbert Schneeweiss, Pavel Široky, Lutz Bachmann and Uwe Fritz. Unexpected early extinction of the European pond turtle (Emys orbicularis) in Sweden and climatic impact on its Holocene range. Molecular Ecology (2009) 18, 1252—1262 doi: 10.1111/j.1365-294X.2009.04096.x Arxivləşdirilib 2011-11-25 at the Wayback Machine
- Slawomir Mitrus. Fidelity to nesting area of the European pond turtle, Emys orbicularis (Linnaeus, 1758). Belg. J. Zool., 136 (1) : 25-30 January 2006
- Slawomir Mitrus. Spatial distribution of nests of the European pond turtle, Emys orbicularis (Reptilia: Testudines: Emydidae), from long-term studies in central Poland. Zoologische Abhandlungen (Dresden) 55, 2006: 95—102
- T. Kotenko, O. Zinenko, D. Guicking, H. Sauer-Gürth, M. Wink, and U. Fritz. First Data on the Geographic Variation of Emys orbicularis in Ukraine: mtDNA Haplotypes, Coloration, and Size. Herpetologia Petropolitana, Ananjeva N. and Tsinenko O. (eds.), pp. 43–46.
- Uwe Fritz, Tiziano Fattizzo, Daniela Guicking, Sandro Tripepi, Maria Grazia Pennisi, Peter Lenk, Ulrich Joger & Michael Wink. A new cryptic species of pond turtle from southern Italy, the hottest spot in the range of the genus Emys (Reptilia, Testudines, Emydidae). Zoologica Scripta, Volume 34, Number 4, July 2005 , pp. 351–371
İstinadlar
- Fritz U., Havaš P. Checklist of Chelonians of the World. 2007. C. 57. S. 149–368.
- The Reptile Database (ing.). / P. Uetz 2015.
- Банников А. Г., Даревский И. С., Ищенко В. Г., Рустамов А. К., Щербак Н. Н. Определитель земноводных и пресмыкающихся фауны СССР.
- Emys orbicularis (Linnaeus, 1758)
- "AnAge — The Animal Ageing and Longevity Database. Emys orbicularis". 2011-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-18.
- "The Reptile Database — Emys orbicularis". 2009-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-18.