Batan adası

Batan adası (ing. Batan Island) — Filippinin Lusonkom boğazı ilə Cənubi Çin dənizi arasında yerləşən vulkanik mənşəli adadır. İnzibati cəhətdən Batanes əyalətinə (Kaqayan vadisi regionu, Filippin) aiddir. Sahəsinə görə Filippində yerləşən 43-cü adadır.[1]

Batan adası
ing. Batan Island
Batan təpələri
Batan təpələri
Ümumi məlumatlar
Sahəsi 95,18 km²
Uzunluğu
  • 20 km
Eni 6,3 km
Hündür nöqtəsi 1009 m
Əhalisi 11.979 nəfər (2010-cu il)
Yerləşməsi
20°25′00″ şm. e. 121°58′00″ ş. u.
Ölkə  Filippin
Region
  • Kaqayan vadisi
Rayon
  • Batanes
Arxipelaq
  • Batanes
Akvatoriya
Batan adası xəritədə
Batan adası
Batan adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Batan adası cənub-qərbdən şimal-şərqə qədər 19 kilometr uzunluğa malikdir. Adanın eni 2 kilometrdən 5 kilometrə qədər dəyişə bilir. Sahəsi 95,18 km²-dir. Adanın ən yüksək nöqtəsi — İraya dağıdır. Dağ 1009 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşmişdir. Son dəfə 1454-cü ildə püskürmüşdür.[2] Əhalinin siyahıya alınması üzrə 2010-cu ilə əsasən Batan adasında 11979 insan (2000-ci ildə 11173 nəfər) yaşayırdı. Adada əsasən ivatani qrupunun etnoqrafiya nümayəndələri məskunlaşmışdır.[3] Adada dörd qəsəbə yerləşmişdir: Basko (2015-ci il məlumatlarına əsasən 8579 insan), Maxatao (1555), İvana (1327) və Uyuqan (1297).

Batan adasından 4,5 kilometr cənub-qərbdə Sabtanq adası, 30 kilometr şimal-qərbdə isə İtbayat adası yerləşmişdir.

Tarixi

Filipinə Yaponiyanın müdaxiləsi 1941-ci ilin dekabrında İkinci dünya müharibəsinin gedişatında başlandı. İmperator ordusu tərəfindən hücüm edilmiş ölkənin birinci nöqtəsi məhz Batan adası oldu. Birinci hücum bu müharibədə ABŞ ərazisinə düşmən qoşunlarının Pörl Harbora hücumundan bir neçə saat sonra həyata keçirilmişdir.[4] Ada döyüşsüz tutulmuşdu. Bir neçə saat ərzində yaponlar uçuş meydanını təchiz etdilər və Filipinin ən böyük adasının tutulması məqsədi ilə gələcək irəliləyişə başladılar. Bu istiqamət Luzona tərəf idi. Lakin Klark-Fild uçuş meydanında müvəffəqiyyətli hücumla əlaqədar Batandakı aerodroma ehtiyac qalmadı.[5].

Qalereya

İstinadlar

  1. Топографическая карта островов Батанес Arxivləşdirilib 2013-10-24 at the Wayback Machine  (ing.) на сайте lib.utexas.edu
  2. Гора Ирая Arxivləşdirilib 2016-03-24 at the Wayback Machine  (ing.) на сайте volcano.si.edu
  3. Шигетоши Сетогучи, Юкихиро Ямада. Itbayat Folksongs with Notes — 6.2.4. Singing in Ivatanen Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, стр. 81 (ing.) на сайте ir.kochi-u.ac.jp
  4. С 1898 по 1946 год Филиппинский архипелаг принадлежал США
  5. HyperWar: US Army in WWII: Fall of the Philippines — Chapter VI: The First Landings — Batan Island Arxivləşdirilib 2016-09-22 at the Wayback Machine  (ing.) на сайте ibiblio.org

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.