Bask münaqişəsi
Bask münaqişəsi — Bask ölkəsinin Fransa və İspaniyadan müstəqilliyi uğrunda Bask separatçılarının apardığı silahlı münaqişə. Separatçıların tərəfində 1959-cu ildən İspaniya administrasiyasına silahlı müqavimətə başlayan ETA terror təşkilatı idi.[1][2] İspaniyada ETA qadağan edilmişdir. Münaqişə əsasən İspaniya torpaqlarında baş tutmuşdur.
Bask münaqişəsi | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
ETA tərəfindən atəşkəs nəticəsində 20 oktyabr 2011-ci ildə başa çatmışdır.
Nəticəsi
Separatçıların fəaliyyəti nəticəsində Bask ölkəsi Avropa İttifaqında ən geniş muxtariyyətlərdən birini əldə etmişdir.[3] Hər iki tərəfin ümumi itkiləri 1,197 nəfər təşkil etmişdir.[4] Separatçılar 5,946 hücum həyata keçirmişdilər.[5]
İstinadlar
- "Foreign Terrorist Organizations". web.archive.org. 2010-10-28. 2010-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-21.
- "Wayback Machine" (PDF). web.archive.org. 2007-06-20. 2007-06-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-21.
- Басманова Анна Александровна, Миссауи-Ульянищева Екатерина Викторовна. Сепаратизм в Стране Басков // Вестник Российского университета дружбы народов. Серия: Политология. № 3. 2018. 367. 2020-10-25 tarixində arxivləşdirilib.
- "Últimas víctimas mortales de ETA: Cuadros estadísticos". Ministerio del interior (ispan). 2010-03-16. 2013-12-26 tarixində arxivləşdirilib.
- "::: Euskonews & Media :::". www.euskonews.eus. 2020-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-21.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.