Basatın igidliyi (film, 1988)
Basatın igidliyi (rus. Басат, победитель Тепе-Гёза) qısametrajlı cizgi televiziya filmi rejissor Vaqif Behbudov tərəfindən 1988-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Filmdə müdrik Dədə Qorqud gənc döyüşçünün cəsarətini görüb ona Basat adını verir. Basat əzazil Təpəgözə qalib gəlib uşaqları, anaları bəladan qurtarır.
Basatın igidliyi | |
---|---|
Janr |
qısametrajlı cizgi macəra fantastika |
Rejissor | Vaqif Behbudov |
Ssenari müəllifi | Anar |
Operator | Vaqif Behbudov |
Bəstəkar | Rafiq Babayev |
Rəssam | Vaqif Məmmədov |
İstehsalçı | "Azərbaycantelefilm" |
İlk baxış tarixi | 1988 |
Filmin digər adı | Basat Təpəgözə qalib gəlir |
Filmin növü | qısametrajlı cizgi televiziya filmi |
Müddət | 20 dəq. |
Ölkələr | Azərbaycan SSR |
Dil | rusca (dublyaj) |
İl | 1988 |
Texniki məlumatlar |
2 hissə 550 metr |
Rəng | rəngli |
Məzmun
Kukla filmində müdrik Dədə Qorqud gənc döyüşçünün cəsarətini görüb ona Basat adını verir. Basat əzazil Təpəgözə qalib gəlib uşaqları, anaları bəladan qurtarır.[1]
Mükafat
1991-ci ildə filmə görə Vaqif Behbudov Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür.[1]
Filmin üzərində işləyənlər
Ssenari müəllifi: Anar[2]
Rejissor: Vaqif Behbudov
Operator: Vaqif Behbudov
Rəssam: Vaqif Məmmədov
Bəstəkar: Rafiq Babayev
İstinadlar
- Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 206
- "Xalq yazıçısı Anarın yaradıcılıq yoluna bir nəzər". 2020-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-20.
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
1988-ci ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı