Barux Semyuel Blamberq

Barux Semyuel Blamberq (ing. Baruch Samuel Blumberg) (d.28.7.1925, Nyu-York) — Amerika həkimi, genetik, Nobel mükafatı laureatı (1976, D. K. Qayduzek ilə birlikdə).[1]

Barux Semyuel Blamberq
ing. Baruch Samuel Blumberg
Barux Semyuel Blamberq 1999-cuildə.
Barux Semyuel Blamberq 1999-cuildə.
Doğum tarixi
Doğum yeri Bruklin, Nyu-York, ABŞ
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri Mauntin Vyu (Kaliforniya), Kaliforniya, ABŞ
Vəfat səbəbi ürək tutması
Milliyyəti amerikan
Elm sahələri Biokimya,Fiziologiya
Elmi dərəcəsi
İş yerləri
Alma-mater Yunion kolleci
Təhsili
Üzvlüyü
Mükafatları Fiziologiya və tibb üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəaliyyəti

Kolumbiya Universitetinin Tibb Kollecini bitirmiş (1951), 1955–57-ci illərdə Oksford Universitetində biokimya üzrə ixtisaslaşmışdır. 1957–64-cü illərdə Betesdə (Merilend ştatı) Milli Səhiyyə İnstitutunun tibbi coğrafiya şöbəsinə və genetika seksiyasına, 1964-cü ildən Filadelfiya da xərçəng üzrə Elmi Tədqiqat İnstitutunda klinik təd qiqatlara rəh bər lik etmişdir. 1970-ci ildən Pensilvaniya Universitetinin tibb və tibbi genetika professorudur. 1964-cü ildə insan qanı serumunda Avstraliya antigenini (serum hepatitinin antigeni) kəşf etmiş və onun donorun qanında olmasını təyin edən laboratoriya-nəzarət üsulunu işləyib hazırlamışdır.[1] 

Həmçinin bax

İstinadlar

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana  Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 188. ISBN 978-9952-441-03-1.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.