Barri Vayt
Barri Vayt (ing. Barry White, 12 sentyabr 1944, Texas, ABŞ — 4 iyul 2003, Kaliforniya, ABŞ) — ritm-ənd-blyuz stilində məşhur olan amerikalı müğənni. 1974-cü ildə onun "Can’t Get Enough of Your Love, Babe", "Never, Never Gonna Give You Up" və "You’re The First, The Last, My Everything" adlı mahnıları Billboard Hot 100 jurnalının siyahısında yüksək yerləri tutduqdan sonra məşhurluq qazandı. Sonuncu mahnı həm də Britaniya çartlarına başçılıq edirdi.
Barri Vayt | |
---|---|
ing. Barry White | |
Ümumi məlumatlar | |
Doğum adı |
Barrens Yucin Karter (ing. Barrence Eugene Carter) |
Doğum tarixi | |
Doğum yeri | Qalveston, Texas, ABŞ |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | Los-Anceles, Kaliforniya, ABŞ |
Vəfat səbəbi | böyrək çatışmazlığı[d] |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, müğənni-mahnı müəllifi, qrup rəhbəri[d], bəstəkar, dirijor, musiqi prodüseri, aktyor |
Fəaliyyət illəri | 1972 — 2001 |
Janrlar | Soul, fank, disko |
Musiqi alətləri |
Piano Sintezator |
Səs tembri | Bas |
Albom şirkətləri |
Uni/MCA Records 20th Century Records Casablanca/PolyGram Records Mercury/PolyGram Records A&M/PolyGram Records Private Music/BMG Records Eagle Records |
barrywhite.us | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Barri Vayt Texas ştatının Qalveston şəhərində anadan olmuş və Kaliforniyada Los-Ancelesin kriminal rayonunda böyümüşdür. 17 yaşında o, 30000 ABŞ dolları dəyərində avtomobil təkəri oğurluğuna görə 4 ay həbs cəzası alır. Həbsdə ikən radioda Elvis Preslinin ifasında "It's Now or Never" mahnısını eşidir və oxumağa qərar verərək həyatını dəyişmək istəyir.[1]
Musiqi karyerasına 60-cı illərdə prodüser və musiqi tərtibatçısı kimi başlamış, 70-ci illərdə isə müğənni kimi disko stilindəki mahnıları ilə uğur qazanmışdır.
Uzun illər hipertoniyadan əziyyət çəkən Barri Vayt 2003-cü ilin mayında böyrəklərinin öz funksiyasını itirməsi nəticəsində xəstəxanaya düşür və 4 iyul tarixində vəfat edir. Onun nəşi kremasiya edilərək külü ailəsi tərəfindən Kaliforniya sahillərinə səpilmişdir.
Diskoqrafiya
İl | Albom | Şirkət |
---|---|---|
1973 | I’ve Got So Much to Give | 20th Century |
1973 | Stone Gon' | 20th Century |
1974 | Can’t Get Enough | 20th Century |
1974 | Together Brothers | 20th Century |
1975 | Just Another Way to Say I Love You | 20th Century |
1976 | Is This Whatcha Wont? | 20th Century |
1976 | Let the Music Play | 20th Century |
1977 | Barry White Sings for Someone You Love | 20th Century |
1978 | My Musical Bouquet | 20th Century |
1978 | The Man | 20th Century |
1979 | I Love to Sing the Songs I Sing | 20th Century |
1979 | Super Movie Themes: Just a Little Bit Different | 20th Century |
1979 | The Message Is Love | Priority |
1980 | Sheet Music | Unlimited Gold |
1981 | Barry & Glodean | Priority |
1981 | Beware! | Epic |
1982 | Change | Priority |
1983 | Dedicated | Priority |
1987 | The Right Night & Barry White | A&M |
1989 | The Man Is Back! | A&M |
1991 | Put Me in Your Mix | A&M |
1994 | The Icon Is Love | A&M |
1999 | Staying Power | Private Music |
2000 | Your Heart and Soul: The Love Album | Prism Leisure |
2007 | An Evening with Barry White [live] | Eagle |
Qeydlər
- Page 22Love Unlimited, Barry White with Marc Eliot, Broadway Books, New York, 1999