Barometr
Barometr (q.yun. βάρος) – atmosfer təzyiqini ölçən cihaz. Mayeli, qazlı və metal (aneroid) Barometrlər olur. Hipsotermometrlər də Barometrlərə aiddir. Mayeli Barometrlərin əksəriyyəti civəlidir. Atmosfer təzyiqi dəyişdikdə borudakı civə sütunu da atmosfer təzyiqinə uyğun olaraq dəyişir.[1] Civəli barometr 1644-cü ildə itakyan fizik və riyaziyyatçı Evangelista Torriçelli tərəfindən kəşf edilmişdir.
Mənbə
- Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.