Barmaqvari finik
Barmaqvari finik və ya xurma
Barmaqvari finik | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Klad: Commelinids Dəstə: Fəsilə: Yarımfəsilə: Coryphoideae Triba: Phoeniceae Cins: ???: Barmaqvari finik |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması:
Şimali Afrika, Ərəbistan yarımadası, Cənubi İran, Əfqanıstan və Pakistanın quraqlıq, subtropik vilayətlərində təbii halda yayılmışdır.
Botaniki təsviri:
Hündürlüyü 20-30 metrə çatır. Gövdəsi hamar, düz olmaqla 30 sm diametirindədir. Üzəri yarpaq saplaqlarının qflıqlarıilə örtülmüşdür. Torpağın səthində güvdədən çoxlu pöhrələr verir. Yarpaqları lələkvari olub, gövdənin yuxarı hissəsində toplanır.Finik gövdəsinin ən açağı yarpaqlarının kənarlarında iynələr vardır; lələkvari yarpaqlarının uzunluğu 6 m-ə qədər olub, təxminən 5 ildən sonra formalaşır. Yarpaqcıqlar möhkəm, xətvari, neştərvari, 20- 30 sm uzunluğundadır. Yarpaq saplağı uzun, nazik boz- yaşıl rəngdədir.Çiçəyi qoltuq çiçək qrupunda toplanmışdır. Çiçək saplağının uzunluğu 1-1,2 m-dir.Meyvəsi 2.5-dən 5-6 sm uzunluğunda, ətli, uzunsov yumurtavari formadadır.Toxumu tünd qəhvəyi rəngdə, 1,5-2 sm uzunluğundadır.Toxumla asanlıqla çoxalır.
Ekologiyası:
Finik çox işıq tələb edir. Cod sudan istifadə etdikdə finikdə xloroz xəstəliyi, boy artımının zəifləməsi və yarpaqda qonur xalların əmələ gəlməsi müşahidə olunur.
Azərbaycanda yayılması:
Bakı, Gəncə, Sumqayıt, Şəmkir, Qəbələ şəhərlərində park və bağlarda mədəni şəraitdə becərilir.
İstifadəsi:
Park və bağlarda tək əkinlərdə, canlı çəpərlərin salınmasında istifadə edilir.Enli çətirləri gülləri qurumaqdan qoruyur, insanlara, heyvanlara və quşlara qida və yuva verir.
İstinadlar
- Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1188.
Mənbə
- Флора Азербайджана. т.5. 1954; Флора Kaвkaзa. т.5. 1954;
- Azərbaycanın ağac və kolları. I cild. 1961;
- Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh