Barmaq oyunu

Barmaq oyunu - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaqgənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.

Ümumi məlumat

Bu oyun bəzi bölgələrdə "Sanama", "Barmaq sanadı", bəzi bölgələrdə isə "İynə-İynə" adlandırılsada əsasən "Barmaq oyunu" adlandırılır.

Oyunun qaydaları

Bir neçə uşaq cəm olub sanama yolu ilə usta(başçı, ya molla) seçirlər.

Uşaqlar əllərini açıb üzüstə yerə qoyurlar. Sonra usta(başçı, ya molla) aşağıdakı sözləri deyir və hər barmağın üstünə bir heca(kəlmə) ilə işarə edir.

 
Əl-əl-əllənə .
Sən vurginən çəpənə,
Əldən çıxdı kəpənə,
Şah, şux, şaha bacı,
Molla dedi, çək əlini.

Bəzən əlləri yerə qoyandan sonra usta(başçı, ya molla) yuxarıdakı sözlərin əvəzinə aşağıdakı sözləri (sanama) söyləyərlər:

Barmaq oyunu

Bər, bər inci,
Bər kəşinci,
Şam ağacı,
Şatır keçi.
Qoz ağacı,
Qotur keçi.
Happan,
Hoppan,
Yarıl,
Yırtıl,
Su iç,
Qurtul.

Hansı barmağın üzərinə qurtul hecası(kəlməsi) düşsə, o barmaq cərgədən çıxar. Bu iş bütün barmaqların aradan çıxmasına qədər davam edir.

Usta(başçı, ya molla) axıra qalmış barmaq sahibinin qulağından tutub deyir:

Razi ha balam razi,
Tikib donunu dərzi.
Abbası verim xərclə,
Toyun təzədən başla.
Qarğa qur,
Qarğa istəyirsən, quş?

Uşaq qarğa ya quşdan biri istər.

Uşağın istədiyi göydən uçana qədər və ya görünənə qədər usta(başçı, ya molla) uşağın qulağını çəkər və yerdə qalan oyunçular isə uduzmuş oyunçunu təqlid edərlər. Usta(başçı, ya molla) quş və qarğa əvəzinə istənilən başqa varlıqların adını qeyd edə bilər.

Beləcə oyun yenidən başlar davam edər.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.