Barak Obama
Barak Hüseyn Obama (ing. Barack Hussein Obama; 4 avqust 1961[1][2][…], Honolulu[1]) — Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti (20 yanvar 2009 – 20 yanvar 2017). Prezident seçilənə qədər ABŞ Senatının İllinoys ştatının kiçik senatoru olub. 2009-cu ildə isə Nobel Sülh mükafatına layiq görülmüşdür.
Barak Obama | |
---|---|
ing. Barack Obama | |
20 yanvar 2009 – 20 yanvar 2017 | |
Vitse-prezident | Co Bayden |
Əvvəlki | Corc Volker Buş |
Sonrakı | Donald Tramp |
3 yanvar 2005 – 16 noyabr 2008 | |
Qubernator | Dik Durbin |
Əvvəlki | Piter Fitzcerald |
Sonrakı | Roland Burris |
Şəxsi məlumatlar | |
Doğum adı | Barack Hussein Obama II[1] |
Doğum tarixi | 4 avqust 1961[1][2][…] (62 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, vəkil, siyasi publisist[d], dövlət xadimi, hüquqşünas, podkaster, akademik[d], memuarçı |
Anası | Stenli Enn Danhem[1] |
Həyat yoldaşı |
|
Uşaqları | 2 |
Dini | Protestantlıq |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Konstitusiya hüququ[3][4] |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
barackobama.com | |
Vikianbarda əlaqəli mediafayllar |
| ||
---|---|---|
Prezidentlikdən qabaq
Prezidentlik dövrü
Siyasət
Təyinatlar Birinci rüb
İkinci rüb
Prezidentlikdən sonra
|
||
Həyatı
4 avqust 1961-ci ildə Havay adalarında anadan olan Barak Hüseyn Obamanın qaradərili atasının Barak Hüseyn Obama (ata), ağdərili anasının adı isə Stenli Enn Danhemdir. Keniyadan olan atası ilə Kanzasdan olan anası Havay Universitetində tanış olmuşlar. Bəzi məlumatlara görə atası müsəlman idi. Barak Obamanın müəllimləri, yaxınları da bunu təsdiq edirlər.
Barak Obama 1983-cü ildə Kolumbiya Universitetini bitirmiş və 1985-ci ildə Çikaqoya köçərək orada cinayətkarlıq və işsizliyin bürüdüyü məhəllələrdə yaşayış şəraitinin yaxşılaşdırılması uğrunda mübarizə aparan kilsə qrupunda işləməyə başlamışdır. 1991-ci ildə Obama Harvard Hüquq Məktəbini bitirir. O, həm də Harvard Hüquq İcmalı jurnalının redaktoru olmuş ilk qaradərili amerikalıdır.
1992-ci ildə Barak Obama İllinoys VOTE (tərc. "səsvermə") layihəsinin direktoru olur. Növbəti il isə o, "Davis, Miner, Barnhill & Galland" firmasında vəkil olaraq səsvermə hüquqları və məşğulluq işləri üzrə ixtisaslaşır. Hazırda da o, bu firmanın məsləhətçisi olaraq qalmaqdadır. 1993-cü ildə Obama həmçinin Çikaqo Hüquq Universitetinin mühazirəçi olur və indiyə kimi bu vəzifəni paralel olaraq icra etməkdədir. 1995-ci ildə onun "Atamdan xatirələr" adlı xatirə kitabı nəşr olunmuşdur.
1996-cı ildə Obamanın Senat karyerası start götürür. Həmin il Obama 13-cü dairədən İllinoys Ştat Senatına üzv seçilir. Bu dairədə əsasən yoxsul Cənubi Afrika zənciləri məskunlaşmışlar, lakin bir neçə zəngin məhəllə də vardır.
1997–2004-cü illərdə İllinoys Senatında xidmət etməzdən əvvəl mülki hüquqlar müvəkkili kimi təcrübədən keçir. 1992–2004-cü illərdə Çikaqo hüquq Elmləri İnstitutunda konstitusiya hüququ fənnindən dərs demişdir.
Obama 2004-cü ildə özü də daxil olmaqla üç namizədin qoşulduğu seçkiləri 53% səslə udaraq Demokratlar Partiyasından ABŞ Senatına seçilir və 2005-ci il yanvarın 4-dən senator fəaliyyətinə başlayır.
2008-ci il prezident seçkiləri zamanı Birləşmiş Ştatlar Prezidentliyinə namizəd göstərilən ilk afroamerikalı olmuşdur.
2008-ci ilin noyabrın 4-də respublikaçı rəqibi Con Makkeynə qalib gələrək ABŞ-nin 44-cü prezidenti seçilmişdir.
2009-cu il üçün Nobel Sülh Mükafatı ona verilib. Obama "beynəlxalq diplomatiyanın və xalqlar arasında əməkdaşlığın gücləndirilməsinə sərf etdiyi böyük əməyə görə" bu mükafata layiq görülmüşdür.
20 yanvar 2017-ci il tarixində ABŞ prezidenti postunu Donald Trampa təhvil vermişdir.
Mişel Obama ilə evlidir, iki qızı vardır.
Xronologiya
- 4 avqust 1961 tarixində ABŞ-nin Havay əyalətinin Honolulu şəhərində dünyaya gəlib.
- 1967–1971 illərində İndoneziyanın Cakarta şəhərində yaşayıb.
- 1971–1979 illərində Honoluluda yaşayıb.
- 1983-də Nyu-Yorkdakı Kolumbiya Universitetinin Siyasi elmlər fakültəsindən məzun olub.
- 1983–1987 illəri arasında Nyu-Yorkda yaşayıb.
- 1991-ci ildə Harvard Universitetinin hüquq diplomunu alıb
- 1996 da İllinoys senatosuna seçildi.
- 2 noyabr 2004-cü ildə ABŞ senatosuna seçildi.
- 10 fevral 2007 də İllinoys ştatının Sprinqfild bölgəsində ABŞ prezidentliyinə namizədliyini qoydu.
- 3 iyun 2008 də Demokratlar partiyasının ön seçimlərini qazandığı dəqiqləşdi.
- 25 iyul 2008 də Almaniyaya getdi. Təqribən 200.000 nəfərə xitab etdiyi nitqdən bir hissə:"İrqlər və cəmiyyətlər;yerlilər və miqrantlar;Xristiyanlar, Müsəlmanlar və Yəhudilər arasındakı divarlar tikilməyə davam etməməlidir. Bu divarlar indi dağılmalıdır."
- 30 iyul 2008 də CNN kanalında yayımlanan 28 iyul da baş vermiş seçimlərin nəticələrinə görə, Obama %45 Makkein %40 səs toplamışdır.
- 20 yanvar 2009-cu ildə and içərək rəsmi ABŞ prezidenti oldu.
- 20 yanvar 2017 də postunu Donald Trumpa təslim etdi.
Biblioqrafiya
- Dreams from My Father: A Story of Race and Inheritance (ISBN 0-307-38341-5)
- The Audacity of Hope: Thoughts on Reclaiming the American Dream (ISBN 0-307-23769-9)
- Barack Obama in His Own Words (ISBN 0-7867-2057-3)
- National Urban League. The State of Black America 2007: Portrait of the Black Male (ISBN 0-931761-85-9)
- Renewing American Leadership
- Barack Obama: What He Believes In — From His Own Works (ISBN 1-60450-117-0)
- Barack Obama, John Mccain. Barack Obama vs. John McCain — Side by Side Senate Voting Record for Easy Comparison (ISBN 1-60450-249-5)
- Change We Can Believe In: Barack Obama’s Plan to Renew America’s Promise (ISBN 0-307-46045-2
- Editinq Enn Dunham
- Maya Soetoro-Ng
Xarici keçidlər
- Rəsmi saytı
- Barak Obamanın bioqrafiyası Arxivləşdirilib 2006-10-04 at the Wayback Machine
İstinadlar
- Barack Obama birth certificate (ing.). 2011.
- Barack Obama.
- https://www.gala.fr/stars_et_gotha/barack_obama.
- https://www.voici.fr/bios-people/barack-obama.
- Hoffman R. Linkedin (ing.). 2003.
- Kantor J. The Obamas’ Marriage (ing.). The New York Times, 2009.
- Barack Obama's Marriage License : President Barack Obama - Fact And Fiction.