Banqladeşdə turizm
Banqladeşin turizm potensialında cəlbedici faktorlara tarixi abidələr, kurortlar, çimərliklər, piknik yerləri, meşələr, müxtəlif qəbilələr və vəhşi təbiət daxildir. Banqladeş toxnulmamış təbiət turistlərlə sıx əlaqədə olub onlara, balıqçılıq, su xizəyi, çay kruizləri, kaneo yarışları, avarçəkmə, rahat dəniz çimərliyi kimi müxtəlif xidmətlər təklif edir.
İqtisadi vəziyyət
Ümumdünya Turizm Təşkilatının 2013-cü ildə açıqlamalarına görə Banqladeşin turizm sənayesi 2012-ci ildə 1.8 faiz yüksələrək 178 ölkədən 157-ci yerə çıxmışdır[1].Ölkədə 1 281 500 yeni iş yeri açılmışdır[1]. Sənayedə birbaşa və dolayı məşğulluq 2 714 500 işçiyə çatmış və ölkənin ümumi məşğulluğu 3.7%-ə çatmışdır[1]. ÜTT-nin 2023-cü il proqnozlarına görə ölkədə iş yerlərinin sayı artaraq 3 891 000 nəfərə çatacaq və ölkənin ümumi məşğulluq dərəcəsi 4.2%-ə çatacaqdır[1].
Regionları
Çitaqonq regionu
Koksun bazarı (benq. কক্সবাজার ) dənizkənarı mədəniyyət mərkəzi olub, Banqladeşin balıqçılıq limanı və rayon qərargahıdır. Bura dünyanın ən uzun təbii qumlu dəniz çimərliyi kimi məşhurdur[2].Koksun bazarı çimərliyi 125 km uzunluğunda qumlu dəniz çimərliyidir. Koksun bazarı çimərliyi Çittaqonq dəniz limanından 152 km cənubda yerləşir[3].
Müqəddəs Martin adası (benq. সেন্ট মার্টিন্স দ্বীপ) Benqal körfəzinin şimal-şərq hissəində yerləşən kiçik adadır. Müqəddəs Martin adasına kiçik Çhera adası birləşir. Bura Myanmanın şimal-qərbində, təxminən 8 km qərbdə Naf çayının mənsəbindədir. Ərəblər tərəfindən Zajira adalanan adaya ilk məskunlaşma 250 il əvvəl başlayıb. Britaniyalıların işğal etməsindən sonra ada Müqəddəs Martin adası adlandırılıb. Adanın yerli dildəki adı "Narikel Jinjira"dır. Müqəddəs Martin adası Banqladeşə məxsus yeganə mərcan adasıdır. Adada bir neçə brend mehmanxana şəbəkəsinə məxsus otellər yerləşir.
Bandarban rayonu (benq. বান্দরবান) Cənub-Şərqi Banqladeşdə, Çittaqonq əyalətində, Çittaqonq Hill yolunun üstündədir. Bandarban Banqladeşin ən cəlbedici turizm destinasiyası kimi qiymətləndirilir. Bandarbandan avtobusla səkkiz saata Dəkkəyə, iki saata Çittaqonqa, üç saata Koksun bazarına getmək olar.
Rangamati (benq. রাঙ্গামাটি) Çittaqonq Hill yolunda Rangamati Hill rayonunun inzibati mərkəzidir. Kaptay gölü, Asma körpü və Pablaxali qoruğu Rangamatinin ən baxımlı yerlərindəndir.
Kagraçari rayonu(benq. খাগড়াছড়ি) Cənub-Şərqi Banqladeşdə yerləşir. Çittaqonq əyaləti və Çittaqonq Hill yollarının üstündədir. Bölgənin yerli adı Çengmidir
Foyun gölü (benq. খাগড়াছড়ি) Çittaqonq əyalətində yerləşən antropogen göllərdəndir. 1924-cü ildə gölə İngilis mühəndisi Foyun adı verilmişdir.
1965-ci ildə Agrabadda yaradılmış Çittaqonq Etnoqrafiya Muzeyi ölkənin yeganə etnoqrafik muzeyidir. Burda ölkənin müxtəlif etnik qruplarının həyat tərzini və onların mənşəyi barədə məlumatlana bilərsiz[4].
Dəkkə regionu
Dəkkə regionu - Banqladeşdə inzibati bölgənin mərkəzi və ölkənin ən böyük şəhəri
Lalbağ Fort, Dəkkədə yerləşən XVII əsr Moğol abidəsidir. Lalbağ fort Dəkkənin cənub-qərbində Buriqanq çayının sahilində yerləşir. İnşasına 1678-ci ildə Moğol imperatoru Məhəmməd Əzəm şah tərəfindən başlanmışdır[5].
Ahsan Manzil qədim Dəkkədə Buriqanq çayının sahilində yerləşən qədim binadır.Bura Dəkkə Navab ailəsinin yaşadığı saray idi. Sarayın inşasına 1859-cu ildə başlanılıb 1869-cu ildə tamamlanmışdır. Saray Hind-Sarakenik Dirçəliş memarlıq üslubunda tikilmişdir. Rayonun tarixi və mədəniyyətini qorumaq məqsədilə 1992-ci il 20 sentyabr tarixində Banqladeş Milli Muzeyi təsis edilir.
Milli Şəhidlər Abidə kompleksi 1971-cu il Banqladeş Azadlıq hərəkatında canından keçmiş insanların xatirəsinə ucaldılmışdır.
Rajşaşi və Ranqpur regionu
Mahaszangar, Banqladeşdə indiyədək aşkar edilmiş ən qədim şəhərin abidələrindən biridir.Bu şəhər Pundranaqara adlanın qədim şəhər olduğu ehtimal edilir.
Rajşaşi Universitetinin nəzdində olan Varendra Muzeyi, elmi-tədqiqat mərkəzidir.
Kantalev məbədi Dinajpurda yerləşən orta əsr hind məbədidir. Məbədin inşası Maharaja Pran Nathın tərəfindən 1704-cü ildə başlayıb, 1722-ci ildə oğlu Raja Ramnath dövründə tamamlanmışdı.
Barisal regionu
Kuakata çimərliyi Banqladeşin cənubun qurtaracağında yerləşən panoram çimərlikdir. Pauaxali rayonunda yerləşən çimərlik, Dəkkədən 320 km cənubda, rayon mərkəzindən 70 km məsafədə yerləşir. Çimərliyin uzunluğu 30 km, eni 6 km-dir. Çimərliyin şərqində Qonqamati meşəsi yerləşir ki, burdakı həmişəyaşıl manqro ağacı Kuakataya orginal və möhtəşəm görüntülər bəxş edir.
Silhet regionu
Lavaçara Milli Parkı Banqladşdə iri milli park və təbiət qoruğudur. Park, Ölkənin şimal-şərq bölgəsindəki Maulvi Bazar rayonunda, Kamalganc kəndində yerləşir. Sahəsi 27.4 km² olan Park, Qərbi Bhanuqaç meşəsinin daxilində yerləşir.
Madhabkunda şəlaləsi, Banqladeşin ən böyük şəlalərindən biridir. Şəlalə, Moulvi bazar rayonu ərazisində Sylhet regionunda Barlekha thana bölgəsində yerləşir. Şəlalə Banqladeşdə turistlərin populyar məkanlarındandır.
Arxitektura
Dini abidələr
Banqladeşdə bir neçə dini ibadət məkanı vardır. Paytaxt Dəkkə məscidlər şəhəri kimi tanınır. Bəzi səyahət ediləsi dini məkanlar aşağıdakılardır:
- Baitul Mukarram Banqladeşin milli məscididir. Dəkkənin mərkəzində yerləşn məscid 1968-ci ildə inşa edilmişdir. Təqribən 30 minlik yerə malikdir.
- Bagerhat şəhər məscidi Bagerhat rayonunun mərkəzi şəhəri olan Bagerhat şəhərində yerlşir.
- Hoseni Dalan Şiə məbədi XVII əsrdə tikilmişdir.
- Dhakeşvari hind məbədi XII əsrə inşa edilib.
İstinadlar
- "Travel & Tourism Economic Impact 2013: Bangladesh" World Travel and Tourism Council. İstifadə tarixi:2015-11-8
- "World's longest beach hidden in Bangladesh" Arxivləşdirilib 2014-02-27 at the Wayback Machine İstifadə tarixi:2015-11-8
- "Cox's Bazar, Bangladesh - the World's Longest Beach 120km" Arxivləşdirilib 2012-06-24 at the Wayback Machine İstifadə tarixi:2015-11-8
- "Chittagong Ethnological Museum" Arxivləşdirilib 2015-04-15 at the Wayback Machine İstifadə tarixi:2015-11-9
- Habibur Rahman. "Lalbagh Fort" Arxivləşdirilib 2022-04-21 at the Wayback Machine İstifadə tarixi:2015-11-9