Banqladeş tüfəngçilər qiyamı (2009)
Banqladeş sərhədçilərinin qiyam qaldıraraq sərhəd qoşunlarının paytaxt Dəkkədəki mərkəzi qərargahını tutması nəticəsində ən azı 20 nəfər həlak olub. Bu barədə polisə istinadən yerli telekanallar məlumat yayıblar. Qərb informasiya agentlikləri isə yalnız bir nəfərin həlak olduğunu xəbər veriblər.
Verilən məlumata görə, hadisə baş verən zaman milli sərhəd xidmətinin rəhbərliyi paytaxt Dəkkədəki mərkəzi qərargahda konfrans keçirirmiş. Qiyamda 300-400 arası sərhədçinin iştirak etdiyi bildirilib. Qiyamçılar əmək haqqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Sərhədçilər həmçinin yaxınlıqdakı ticarət mərkəzini də ələ keçiriblər. Artıq ordu onların ələ keçirdikləri binalar kompleksini mühasirəyə alıb və qiyamçılardan silahı yerə qoymağı tələb edir. Ərazidə intensiv atəş və partlayış səsləri eşidilir, milli sərhəd xidmətinin binasından tüstü qalxır. Güman edilir ki, ölənlər arasında çarpaz atəş altına düşmüş çoxlu sayda dinc sakin var.
Qeyd edək ki, artıq Banqladeş hökuməti də qiyamçılara müraciət edərək onları silahı yerə qoymağa çağırıb və sərhədçilərin irəli sürdüyü tələblərə baxıla biləcəyini bəyan edib. Bildirilir ki, bu hadisədən bir gün əvvəl Baş nazir Şeyx Hasina milli sərhəd xidmətinin mənzil qərargahında olub və xidmətdə fərqlənənlərə medallar verərək onları daha da nizamlı olmağa çağırıb. Siyasi dairələr qiyamın dövlət çevrilişi cəhdi olması barədə yayılan məlumatları təkzib ediblər.[1]
25.02.2009 qiyam qaldırmış Banqladeş sərhədçilərinin kazarmalarında artıq 2-ci kütləvi məzarlıq aşkar edilib.
Öldürüldükləri güman edilən daha 70 zabitin cəsədləri hələlik aşkar edilməyib. Qiyam Çərşənbə günü başladı. Qiyamçı sərhədçilər 10-larla zabitini öldürdülər. Ümumilikdə qiyam nəticəsində 140 adamın öldürüldüyü güman edilir. Qiyam yalnız hökumət qəti mövge nümayiş etdirdikdən sonra yatırıldı. Beləki, hökumət qiyamçıları tankları işə salacağı ilə hədələdi. İtkin sayılan zabitlərin axtarışı hələ də davam etdirilir. Axtarış artıq 2-ci günüdr ki aparılır. Axtarış sahəsi 5 kvadrat kilometr ərazisi olan Banqladeş Atıcıları kimi tanınan sərhədçilərin kazarmalarını əhatə edir. Bu gün səhər aşkar edilmiş kütləvi məzarlıqda cəsədlərin sayı dəqiqləşdirilr. Lakin öldürülükləri güman edilən daha 70 zabitin cəsədi hələ də axtarılmaqdadır. Axtarış qrupları ətrafdakı təzə qazılmış sahələri nəzərdən keçirir. Eləcə də gül və tərəvəz əkintisi olan bağçalardan cəsəd qoxusunun gəlib-gəlmədiyi yoxlanılır. Sərhədçilərin kazarmaları Dakanın mərkəzində yerləşir. Axtarış işlərinə hətta dənizçi dalğıclar da cəlb olunub. Onlar kəndirlər vastəsiylə kanalizasiya quyularına enib axtarışı kanalizasiya sistemlərində də davam etdirirlər. Bundan əvvəl kanalizasiya quyularında bir neçə cəsəd aşkar olunmuşdu. Axtarış işlərində iştrak edən zabitlərdən birinin sözlərinə görə, cəsədlərdən biri odu sönmüş tonqalda tapılmışdı. Ehtiyat edilir ki, cəsədlərin bir çoxu bəlkə də yandırılıb. Güman edildiyinə görə, qiyam Cümə Axşamı yatırılmazdan əvvəl, sərhədçilərin bir neçə min nəfəri qaçmağa nail ola bilib. Belə ki, kazarma divarları önündə xeyli atılmış hərbi uniforma, çəkmə və dəbilqə yığınları aşkar edilib. Bu hərbi geyim ya qiyamçılara, yaxudda qiyamda iştrak etmək istəməyənlərə məxsus ola bilərdi. Sərhədçilərin qiyamına səbəb - onların məvaciblərindən və şəraitlərindən narazılığı olmuşdu. Onların tələbləri qiyamın başlanğıcında camaatın bir qismi tərəfindən rəğbətlə qarşılanmışdı.
Lakin qətllər barədə xəbər çoxları üçün şok oldu. Hökumət qiyama qatlmış minlərlə sərhədçiyə amnistiya vəd etsə də, xəbərdarlıq edib ki, ölüm hallarına görə məsuliyyət daşıyanlar amnistiya olunmayacaq və onların işinə xüsusi məhkəmələrdə baxılacaq [2]
Banqladeşdə sərhədçilərin qiyamı yatırıldı
Bangladeş rəsmiləri qiyam etmiş 300 yaxın sərhəd qoşunları hərbiçilərinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyini bildirib.
Sərhədçilərin qiyamına səbəb onların maaş və şəraitlərindən narazılığı olub. Hökumət rəsmisinin sözlərinə görə, qiyam etmiş sərhədçilər artıq Dakadakı kazarmalarını tərk ediblər. Onların qiyamı məhz kazarmalarda başlamışdı. Qiyamçı sərhədçilərin əksəriyyəti təslim olub. Bundan əvvəl hökumət qiyamçılara amnistiya təklif edərək, eyni zamanda xəbərdarlıq etmişdi ki, qiyam davam edildiyi təqdirdə - onlarla sərt rəftar ediləcək. Toqquşma zamanı 20-dən artıq adamın öldüldüyü bildirilib. Dakadakı kazarmalarda ölənlər arasında bir sıra Ordu zabitləri də var. Öldüyü güman edilən 130-dan artıq nəfərin axtarışı davam edilir [3]
İstinadlar
- http://anspress.com/nid105115.html
- "Arxivlənmiş surət". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-28.
- "Arxivlənmiş surət". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-01.
Xarici keçidlər
- Banqladeş qiyamında ölənlərin cəsədi axtarılır
- http://anspress.com/nid105115.html
- http://www.voanews.com/azerbaijani/2009-02-28-voa6.cfm
- http://www.express.com.az/second.asp?id=115650%5B%5D
- http://www.azadliq.org/archive/news/latest/1/1.html?id=1499605
- Banqladeşdəki qiyamda 77 nəfər ölüb Arxivləşdirilib 2009-02-28 at the Wayback Machine