Bank olmayan kredit təşkilatı
Bank olmayan kredit təşkilatı — (BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır.
BOKT-nin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları və normativ hüquqi aktları, Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra -Mərkəzi Bank) normativ xarakterli aktları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Bu Qanun kredit ittifaqlarına və lombardlara şamil olunmur[1].
Lisenziya
- Kreditlərin verilməsi üçün BOKT Mərkəzi Bankdan xüsusi razılıq (lisenziya) (bundan sonra - lisenziya) almalıdır.
- Girov əmanəti qəbul etmək üçün BOKT-nin lisenziyasında bu barədə xüsusi icazə olmalıdır. Belə icazə olmadan BOKT-nin girov əmanəti qəbul etməsi qadağandır.
- BOKT-yə verilən lisenziya müddətsizdir.
- Lisenziya Mərkəzi Bank tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya yalnız onu almış BOKT tərəfindən istifadə edilə bilər.[1].
Maliyyələşdirilmə mənbələri
- BOKT-lərin fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilə bilər:
- nizamnamə (şərikli) kapitalı (əmlak haqları) və əldə edilmiş gəlirlər;
- cəlb edilmiş kreditlər;
- fiziki və hüquqi şəxslərin ianələri, qrantları və digər formalarda əvəzsiz olaraq ayırdıqları vəsaitlər;
- qanunvericilikdə qadağan olunmayan digər mənbələrdən əldə edilən vəsaitlər.
- Beynəlxalq təşkilatlar, xarici ölkələrin hökumətləri və digər donorlar tərəfindən əvəzsiz olaraq ayrılan vəsaitlər, habelə onlardan əldə olunan gəlirlər BOKT-lər tərəfindən Azərbaycan Respublikasından kənara çıxarılmamalıdır. [1].
Mərkəzi Bank BOKT-lərin mərkəzi reyestri[2]
- "Avrasiya-Kredit" MMC
- "Azərbaycan Mikro Kredit" MMC
- "Azəri Star Mikromaliyyə" MMC
- "AzFinans" MMC
- "Azinvestkredit" MMC
- "Azmikroinvest" MMC
- "Aqrarkredit" MMC
- "Asel Kredit" MMC
- "Union Kredit" MMC
- "EmbaFinans" MMC
- "Brand Kredit" MMC
- "İDK" MMC
- "Caspian İnvest" MMC
- "City Finance" MMC
- "Efektinvest" MMC
- "Falcon Finance" MMC
- "Finans İnvest" MMC
- "FinEx Kredit" MMC
- "MM Finca Azərbaycan" MMC
- "FinKapital BOKT" MMC
- "Finoko" ASC
- "Fintrend" MMC
- "Gold Finance" MMC
- "İcraçı Kredit Agentliyi" MMC
- "İDEAL Kredit" MMC
- "İnkişaf üçün Maliyyə" MMC
- "İnternational" QSC
- "Kəpəz" MMC
- "Kred Aqro" QSC
- "KREDEX" MMC
- "Kredit Servis" MMC
- "Merkuri" MMC
- "Mol Bulak" MMC
- "PARA" ASC
- "Premier Kredit" MMC
- "ProKredit" MMC
- "PSG Finans" MMC
- "Qafqaz Kredit" MMC
- "Regional" MMC
- "TBC Kredit" MMC
- "TCF" ASC
- "Viator Mikrokredit" MMC
- "Viza Kredit" MMC
- "Birkart" MMC
- "MJ Financial Services" MMC
- "AZPUL" MMC
- "Prior Credit" QSC
- "Finance Kredit" MMC
- "Optimal Finance" MMC
- "AZKREDIT" ASC
- "NAS Project" ASC
- "FNC" QSC
- "MCB BOKT" QSC
- "SF Azerbaijan BOKT" MMC
- "ASET Maliyyə Texnologiyaları" MMC
Mənbə
- "Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanunu" (PDF). 2010-11-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2010-11-21.
- "Bank olmayan kredit təşkilatları". 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-07.