Bank of Baku
Bank of Baku Açıq Səhmdar Cəmiyyəti — Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı.
Bank of Baku (Tuqay Bank) | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Açıq Səhmdar Cəmiyyəti |
Sənaye | Bank sektoru |
Məhsulları | Nağd Pul Krediti, KOS və mikrokreditlər, İşkart, Bolkart, Dostlar Klubu, DostBank |
Təsis tarixi | 14 fevral 1994 |
Baş qərargahın yeri | |
Rəhbərlik | |
Rəhbərlik |
Müşahidə Şurasının sədri Elçin İsayev İdarə Heyətinin Sədri Filiz Yunus Emre İdarə Heyəti Sədrinin Müavini Həsən Quliyev İdarə Heyəti Sədrinin Müavini Ülvi Yusifov |
bankofbaku.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixçə
“Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 14.02.1994-cü il tarixində yaradılıb.[1] Bank o illərdə “Tuqay” kommersiya bankı kimi yaradılmışdı. 10.02.1997 tarixindən sonra isə Bankın adı səhmdarlarının qərarı ilə dəyişdirildi və ”Bank of Baku” kimi adlandırıldı.[2]
"Bank of Baku" adı ilə fəaliyyətinə davam edən Bank, 14 may 1997-ci ildə Bakı Banklararası Valyuta Birjasının üzvü oldu və həmin il Birgə Səhmdar Kommersiya Bankı kimi təkrar qeydiyyatdan keçdi. 2004-cü il 22 oktyabr tarixində bankın hüquqi statusu Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti kimi təsbit olundu. Azərbaycan Respublikasının Mərkəzi Bankı 26 yanvar 2005-ci il tarixində "Bank of Baku" və "İlkbank" kommersiya banklarının birləşməsini rəsmən təsdiqlədikdən sonra, yeni «Bank of Baku» KB ASC-nin fəaliyyəti üçün lisenziya verdi.
Xidmət şəbəkəsi
Bankın ilk filialı - Azneft filialı 1 iyun 2002-ci il tarixində istifadəyə verildi. 2013-cü ildə “Bank of Baku”-nun Müşahidə Şurası bankın yeni strateji inkişaf proqramını təsdiq etdi. Proqram çərçivəsində “Bank of Baku”-nun paytaxt və regionlarda yeni filialları açıldı.
Hal-hazırda Bank of Baku 20 filialı şəbəkəsi ilə Bakı və regionlarda müştərilərə xidmət göstərir.[3]
Rəhbərlik
Müşahidə Şurasının sədri - Elçin İsayev[4]
İdarə Heyətinin Sədri - Filiz Yunus Emre
İdarə Heyəti Sədrinin Müavini - Həsən Quliyev
İdarə Heyəti Sədrinin Müavini - Ülvi Yusifov
İstinadlar
- "Arxivlənmiş surət". 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-23.
- "Arxivlənmiş surət". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-23.
- "Arxivlənmiş surət". 2022-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-23.
- "Arxivlənmiş surət". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-23.