Bank of Azerbaijan
Bank of Azerbaijan — fəaliyyətini dayandırmış Azərbaycan bankı. 1993-cü ildə yaradılıb. 2016-cı ildə lisenziyası ləğv edilib.[1]
Bank of Azerbaijan | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Bank sektoru |
Təsis tarixi | 1993 |
Rəhbərlik | |
Rəhbərlik | Nedim Kaşkal |
Tarixçə
"Bank of Azerbaijan"-ın əsası, Azərbaycanın Mərkəzi bankı tərəfindən verilmiş 166 №-li lisenziya əsasında "Rabbatbank" KB qismində 1993-cü ilin dekabr ayının 1-də qoyulmuşdur.
1998-ci ildə Bankın səhmləri "Turkiye Dish Ticaret Anonim Shirketi" türk şirkəti və iki azərbaycanlı fiziki şəxs arasında paylanmışdır, və bundan sonra Bankın adı "Ish Bankasi Azerbaycan" Birgə Kommersiya Bankı adı ilə əvəz olunmuşdur.
2004-cü ildə Bank öz təşkilati-hüquqi strukturunu dəyişərək Açıq Səhmdar Cəmiyyətinə çevrilir.
2006-cı ildə "Turkiye Dish Ticaret Anonim Shirketi" türk şirkəti Bankın səhmdarları sırasından çıxır, səhmlərin ona məxsus olan 1%-i isə "Nem Holdings Limited" ərəb şirkəti tərəfindən əldə edilmişdir. Bundan sonra səhmdarların ümumi iclasında Bankın adının ASC "Bank of Azerbaijan" adına dəyişdirilməsi haqda qərar qəbul edilmişdir.
2016-cı ilə qədər bankın 12 filialı, 26 bankomatı və 147 POS-terminalı mövcud olub.
İstinadlar
- ""Bank of Azerbaijan" bağlandı". 2018-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-05.