Bank-du-Qeysir
Bank-du-Qeysir (fr. Banc du Geyser) — Hind okeanında yerləşən yaşayışı olmayan kiçik rifdən təşkil olunmuş adalar qrupu. Rifdən təşkil olunmuş quru parçaları Mozambik boğazının şimal-şərqində, Mayyotedən 125 km şimal-şərqdə, Qloryoz adalarından 112 km cənub-qərbdə, Madaqaskardan 200 km şimal-qərbdə yerləşir. Qayalar ümumiyyətlə 1,5–3 m ARASI yüksəklikdədir. Ən böyüyü Cənub qayası 8 metr hündürlüyə sahibdir. Riftin şərq hissəsində çəmən və kiçik çəmənlərlə örtülmüş hündürlüyü 1 ilə 3 m arasında ərazilər vardır Burada yerləşən kiçik qayalıqlar və rifləri çıxmaq şərti ilə uzunluğu 8 km, eni 3 kmdir. Ərazidə çoxlu sayda dəniz quşu vardır. Adalar Fransanın mülkiyyəti olaraq Fransa Dənizaşırı Bölgələr Birliyi Eparse adaları ərazisinə daxildir. Bölgədə yerləşən adalara Madaqaskar və Komor adaları iddia edir. Qeysir rifi ilk dəfə 700-cü illərdə ərəb dənizçiləri tərəfindən aşkarlanmış və 800-cü illərdə isə naviqasiya xəritələrinə salınmışdır. 1650-ci illərdə İspan xəritələrində Arecife de Santo Antonio kimi göstərildi. Cari ad isə 23 dekabr 1678-ci ildə bir ingilis gəmisi Qeysirin şərəfinə adlandırılmışdır.
Bank-du-Qeysir | |
---|---|
fr. Banc du Geyser | |
Ümumi məlumatlar | |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
12°21′ c. e. 46°26′ ş. u. | |
Ölkə | Fransa |
Vilayət |
|
Arxipelaq | |
Akvatoriya | |
|
İqtisadiyyat
Burada hansısa təsərrüfat işləri aparılmır. Əhalisi yoxdur.
Mənbə
- "Satellite images of Banc du Geysir". Archived from the original on December 23, 2010. İstifadə tarixi: March 14, 2009.
- Sailing Directions: East Africa and the South Indian Ocean