Banqladeş
Banqladeş (benq. বাংলাদেশ ) və ya rəsmi adı ilə Banqladeş Xalq Respublikası (benq. গণপ্রজাতন্ত্রী বাংলাদেশ) — Cənubi Asiyada dövlət. Banqladeş keçmiş Şərqi Pakistanın ərazisində yaradılmışdır. 26 mart 1971-ci ildən müstəqil dövlətdir və rəsmi olaraq 16 dekabr 1971-ci ildən dövlət kimi təşkil olunmuşdur. Şimal, qərb və şərqdə Hindistan, cənub-şərqdə Myanma ilə həmsərhəddir və cənubda isə Benqal körfəzi ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Dəkkə şəhəri, ümumi sahəsi 147,570 kvadrat kilometrdir.
Banqladeş | |||||
---|---|---|---|---|---|
গণপ্রজাতন্ত্রী বাংলাদেশ | |||||
| |||||
Beautiful Bangladesh | |||||
Himn: Amar Şonar Banqla আমার সোনার বাংলা |
|||||
Tarixi | |||||
• Elan etdildi | 26 mart 1971 | ||||
• Müstəqillik günü | 16 dekabr 1971 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Dəkkə | ||||
İdarəetmə forması | Unitar dominant-partiya parlamentli respublika | ||||
Prezident | Məhəmməd Şahəbuddin | ||||
Baş Nazir | Şeyh Hasina | ||||
Sahəsi | Dünyada 92-ci | ||||
• Ümumi | 148,460 km2 km² | ||||
• Su sahəsi (%) | 6.4 | ||||
Əhalisi | |||||
• Əhali | 169,828,911 nəfər (8-ci) | ||||
• Sıxlıq | 1,305 nəf./km² (7-ci) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | ▲ $1.475 trilyon dollar (25-ci) | ||||
• Adambaşına | ▲ $8,663 dollar (128-ci) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2023) | ▼ $421 milyard dollar (37-ci) | ||||
• Adambaşına | ▼ $2,469 dollar (145-ci) | ||||
İİİ (2021) | 0.661 (artım; 129-cu) | ||||
Valyuta | Banqladeş takası | ||||
İnternet domeni | .bd, .বাংলা[d] | ||||
ISO kodu | BD | ||||
BOK kodu | BAN | ||||
Telefon kodu | +880 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d][2] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Adın etimologiyası
Benqalların dillərində — "Benqaliya ölkəsi" deməkdir.
Tarixi
Banqladeş 1971-ci ilə kimi Pakistanın "Şərqi Pakistan" adlı əyaləti idi. Daha əvvəllər isə ingilislərin Benqal əyaləti olmuşdur.
12-ci əsrdən 1757-ci ilə kimi Müsəlmanların idarəsində olmuşdur. 1757–1905-ə kimi isə ingilislərin hakimiyyəti altına düşmüşdür. 1947-ci ildə Pakistanın "Şərqi Pakistan" əyaləti oldu. Bu 1969-cu ilə kimi davam etdi. Daha sonra 1971-ci ildə Hindistan - Pakistan müharibəsi başlayır. 1971-ci il dekabrda müharibə başa çatdıqdan sonra Hindistan artıq Şərqi Pakistanın böyük bir hissəsini işğal etmişdi. 1971-ci il 22 dekabrda Mucibur Rəhmanın başçılığı ilə Banqladeş Müsəlman Xalq Cumhuriyyəti yaradılır və Hindistan buranı tərk edir. 15 avqust 1975-ci ildə Mucibur Rəhman ailəsi ilə birlikdə öldürüldü. İdarəni Qəndəhar Mustak Əhməd ələ keçirdi.
Coğrafiya
Banqladeşin sahəsi 147,570 km²-dir[3] .
Hökumət
Dövlət quruluşu
İnzibati ərazilər
64 dairəni (zilanı) özündə birləşdirən, paytaxt Dəkkə şəhərinin də daxil olduğu 8 inzibati rayona (Dəkkə, Çittaqonq, Kxulna, Narayanqanc, Racşaxi, Silxet, Barisal, Ranqpur və Mymensinqh )[4][5] bölünür.
Silahlı qüvvələr
İllik hərbi xərcləri — US$4.06 billion (2020)
İqtisadiyyat
Banqladeş, dünyanın ən kasıb, ən çoxmillətli və ən az inkişaf etmiş ölkələrindən biridir. İqtisadiyyatının əsasını kənd təsərrüfatının yeganə önəmli sahəsi olan düyü istehsalı tutur. Pul vahidi "TAKA" dır.
Demoqrafiya
98 faiz benqal, 250.000 bihari, 1.000.000 nəfərə yaxın yerli icmalar.
Dil
Banqla, İngilis.
Din
Banqladeş Xalq Respublikasında əhalinin əksəriyyətini (85 faizini) müsəlmanlar təşkil edir. Əsasən sünniliyin hənəfi məzhəbi tərəfdarlarıdır. Az sayda şiələr, o cümlədən ismaililər vardır. Ölkədə çoxlu hinduist yaşayır (13,5 %). Bununla yanaşı buddistlər (439 min nəfər) və xristianlar (150 min nəfər), protestant və katoliklər (150 min nəfər) vardır. Buddistlərə tibet-birma xalqları, xristianlara qaro qəbiləsi aiddir. Ölkənin bir sıra rayonlarında qəbilə dinləri qorunub saxlanır.
Həmçinin bax
İstinadlar
- 3 // Constitution of Bangladesh.
- http://chartsbin.com/view/edr.
- "The official website of Bangladesh Bureau of Statistics". 2019-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-29.
- "Rangpur becomes a division | | bdnews24.com". 2011-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-17.
- "CIA World Factbook 2007". 2017-12-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-17.