Bamsı Beyrək

Bamsı Beyrək, Baybörənin Oğlu Bamsı Beyrək – gənc oğuz qəhrəmanlarından biri. «Kitabi Dədə Qorqud»da əsas personaj kimi iki boyun təsvir etdiyi hadisələrin iştirakçısıdır. Baybörəbəyin oğlu, Salur Qazanın inaqıdır. Dədə Qorqud ona ad qoymazdan əvvəl Bamsı ləqəbi daşıyırdı. Qəhrəmanlıq göstərəndən sonra Dədə Qorqud ona Beyrək adı verir.

Bamsı Beyrək
Məlumat
Ləqəbi Bamsı
Növü İnsan
Cinsi Kişi
Minik vasitəsi Bengiboz və ya Dengiboz
Ailəsi
Atası Bay Bura
Həyat yoldaşı Banu Çiçək
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bəy Böyrək, Bay Bura, Bəy Birye, Beğ Beyreg, Bəy Beyrək, Bay Börek, Bağ Böğrek kimi adlarla bilinməkdədir. Bamsı ilə Banu beşik kərtməsidir. Bir-birlərini tanımadan böyüyərlər. Bir gün ovda olarkən qarşılaşılar, aralarında bir mübahisə çıxar və güləşə tutuşurlar. Ancaq ikisi də gücdə bərabər olduğu üçün bir-birlərini məğlub edə bilməz. Bamsı Beyrəyin əsir düşməsi nəticəsində illərlə ayrı qalarlar. Bu müddətdə Banıçiçək məcbur olaraq ərə getmək məcburiyyətində qalar. Beyrək əsir qaldığı sarayın bəyinin qızı tərəfindən qurtarılır. Türk mədəniyyətində qadınların da kişilərlə bərabər görülməkdədir. Atının adı Dengiboz və ya Bengiboz şəklində keçər.[1] Atı da soylu və sadiqdir, illərcə özünü gözləyər.

Ata adı ilə adlandırma «Bəybörə oğlı Bamsı Beyrək» antroponimində də müşahidə olunur. Burada ata adi ilə oğul adı arasında zahiri səslənmə oxşarlığını yaradan «b» cingiltili samitidirsə, onların arasında semantık tutum yaxınlığını yaradan «börü» (qurd, canavar) leksik vahididir. «Baybörə» antroponiminin «bay» və «börə» (börü) leksik vahidi əsasında formalaşmasını sübut etməyə ehtiyac yoxdur. «Beyrək» antroponiminin isə «börü» leksik vahidindən yaranması S.Əlizadə tərəfindən qeyd olunmuşdur.[2]

İstinadlar

  1. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine - "Beyrek Han"
  2. S.Əlizаdə. «Кitаbi-Dədə Qоrqуd» аntrоpоnimiyаsının еtimоlоъi əsаslаrı. Аzərbаycаn оnоmаstiкаsı prоblеmləri, III, Bакı, 1986, s.29

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.