Baltilər

BaltilərŞimali HindistandaPakistanda xalq. Baltistanda (Şayok və Şiqar çaylarının Hind çayı ilə qovuşduğu rayon) Ladakxda (Hindistanda Camma və Kəşmirdə) məskunlaşmışlar. Onlar həmçinin Pakistanın Lahor, Karaçi və İslamabad kimi iri şəhərlərində də yaşayırlar. Baltilərin sayı 300 min nəfərə yaxındır.

Balti
Ümumi sayı
247,520 (1998)
Yaşadığı ərazilər
Gilgit-Baltistan (Pakistan)

Ladakx (Hindistan)

Dini

Əsasən Şiəlik, az bir hissəsi Sünnilik, Tibet buddizmi, Bon

Baltilər tibet dilləri qrupuna aid olan balti dilində danışırlar. Onlar islam dininin şiə məzhəbinə etiqad edirlər, aralarında buddistlər də vardır. Dillərinə və fiziki xüsusiyyətlərinə görə baltilər tibetlilərlə qohumdurlar, lakin eyni zamanda iqtisadi və mədəni əlaqələrinə görə Şimali Hindistan xalqları ilə sıx əlaqələrə malikdirlər. Baltilərin əsas məşğuliyyəti əkinçilik, bağçılıq və köçəri maldarlıqdır.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.