Balta-Liman konvensiyası

Balta-Limanı ticarət konvensiyasıOsmanlı imparatorluğu ilə İngiltərə arasında 16 avqust 1838-ci il tarixində İstanbulun Balta-Limanı mahalında imzalanmış ticarət müqaviləsi.[1]

Balta-Liman konvensiyası
İstanbul limanlarında ingilis gəmiləri
İstanbul limanlarında ingilis gəmiləri
Müqavilənin tipi ticarət konvensiyası
İmzalanma tarixi 16 avqust,1838-ci il
İmzalanma yeri İstanbul, Balta-Limanı mahalı
Qüvvəyə minməsi 8 oktyabr,1838-ci il
Tərəflər Osmanlı İmperiyası
Böyük Britaniya
Dili türk, ingilis

Osmanlı imperiyası 1826-cı ildən bəri ehtiyac duyduğu yerli xammalın xarici tacirlər tərəfindən ixrac edilməsinin qarşısını alan yed-i vahid (inhisar) sistemini tətbiq etdi. Bu sistem Böyük Britaniyanın mənafeyinə uyğun deyildi və ingilislər onlara Osmanlı ərazilərində imtiyazlar vermək üçün Osmanlı imperiyasına təzyiqlər göstərirdilər.

Osmanlı dövlət xadimi,diplomatı Mustafa Rəşid paşa, Misir valisi Kavalalı Mehmet Əli paşanın qiyamını yatırmaq üçün İngilislərdən kömək istədi. Bu yardım qarşılığında, ingilislər Balta-Limanida bir dövlət malikanəsində Böyük Britaniyaya böyük ticarət imtiyazları verən ticarət konvensiyasının imzalanmasını istədilər. Konvensiya 8 oktyabr 1838-ci ildə kraliça I Viktoriya tərəfindən, bir ay sonra sultan II Mahmud tərəfindən təsdiq edildi.

Tarixi

Mehmed Əli Paşa, oğlu İbrahim Paşa və Sülüyman Paşa Farsavi

Britaniya imperiyası Osmanlı ərazilərində sərbəst ticarət hüququnu almaq üçün uzun müddət mübarizə aparmışdır. Lakin hər dəfə ingilislərin cəhdləri uğursuzluğa düçar olurdu. XIX əsrin əvvəllərində dərin siyasi və iqtisadi böhran keçirən Osmanlı imperiyası böyük dövlərin güclü təzyiqinə tam gətirə bilmirdi. Həmçinin ölkənin daxili vəziyyəti də Osmanlı dövlətinin xarici təzyiqə müqavimət göstərməsinə imkan vermirdi. 1830-cu illərdə xüsusən Osmanlının ən böyük əyaləti olan Misirdə müstəqillik meyllləri Sultan II Mahmudu ingilislərə güzəştə getməyə məcbur etdi. Belə ki, Misirin Osmanlı valisi Mehmed Əli Paşa ilə 1831-ci ildən başlayaraq mərkəzi hakimiyyət arasındakı hərbi mübahisə alovlanmışdı. 1831-ci ildə Kavalalı Mehmed Əli Paşanın oğlu İbrahim Paşa Suriyaya uğurlu hərbi ekspedisiyaya rəhbərlik etdi və özünü Suriya valisi elan etdi. Onun bu hərəkəti 1833-cü ildə sona çatan döyüş əməliyyatlarının başlanmasına gətirib çıxardı və bu zaman İbrahimin qoşunları İstanbula doğru irəlilədilər. Lakin Rusiya imperiyasının müdaxiləsi İbrahim paşanın irəliləməsini dayandırdı.[2]

Buna baxmayaraq, Mehmed Əli Paşa Suriyanı idarə etməyə davam etdi və 1838-ci ilin mayında həm İngiltərə, həm də Fransa Konsulluqlarına Osmanlıdan müstəqilliyini elan etmək qərarına gəldiyini bildirdi.[3] Onun bu addımına həm böyük böyük dövlətlər, həm də II Mahmudun dövründə seperatizmin qarşısını almaq üçün hərbi əməliyyatlara hazırlaşmağa başlayan Osmanlı imperiyası qarşı çıxdı. Bu mübahisənin ən qızğın vaxtında 16 Avqust 1838-ci ildə Balta-Liman Sülh konvensiyası imzalandı. Müqavilədə açıq qarşılıqlı yardım maddələri olmasa da, Britaniya xarici işlər naziri Palmerston ertəsi ay rəsmi olaraq elan etdiyi mövqe ilə Osmanlı imperiyasının ərazi bütövlüyünə ingilis dəstəyini təmin etdi. Mehmed Əli Paşa yeni başlayacağı sənayeləşmə layihəsinə təhlükə yaradacağını düşünərək müqaviləni yerinə yetirməkdən imtina etdikdə, Sultan II Mahmud ona bir illik güzəşt müddəti verdi. Bundan sonra da Mehmed Əli Paşa bu müqavilənin şərtlərini yerinə yetirməkdən boyun qaçırırdı. 1840-cı il London Konvensiyasının şərtlərinə uyğun olaraq, Osmanlı, İngiltərənin köməyi ilə qısa müddətdən sonra Suriyaya hücum etdi və oraya nəzarətini geri qaytardı.[4] Müqavilənin nəticələri mübahisəlidir. Lakin bir çox tarixçilər bunun ingilis idxalını artırmaq üçün Osmanlı bazarlarını açdığını və Osmanlı istehsalçılarına zərər verdiyini iddia edirlər.[5]

Konvensiyanın şərtləri

Müqavilənin bəzi müddəaları bunlardır:

  1. İnhisar sistemi ləğv edildi. İngilislərə istədikləri qədər xammal almaq imkanı verildi.
  2. Osmanlı vətəndaşları ilə yanaşı ingilislərin də daxili ticarətdə iştirak edəcəyi nəzərdə tutulurdu.
  3. İngilis vətəndaşları, Osmanlı məhsullarını tacirlər kimi eyni vergi şərtləri altında Osmanlı təbəəsindən satın alma hüququna sahib idilər.
  4. İngilislərlə tranzit ticarətdə rəsmi vergi qoyulması ləğv edildi.
  5. Böyük Britaniya gəmiləri tərəfindən gələn ingilis mallarına görə gömrük ödənildikdən sonra, malların alıcı tərəfindən hara aparıldığından asılı olmayaraq əlavə gömrük ödənilməli deyildi.[6]

Yuxarıda sadalanan maddələrin sonuncusu ingilis vətəndaşlarının Osmanlı dövlətinin sərhədləri daxilində ticarət edərkən Osmanlı vətəndaşlarından daha az vergi ödəyəcəyi mənasını verirdi. Məsələn, Salonikidən İstanbula mal göndərən müsəlman yerli tacir dövlətə tranzit gömrük vergisi ödəsə də, ingilis tacir bu vergidən azad idi. Yüksək vergilər səbəbindən müsəlman tacirlərin başqa bir Osmanlı şəhərinə mal göndərməsi və ya ticarət etməsi mümkün deyildi. Yüksək vergilər səbəbindən müsəlman tacirlərin başqa Osmanlı şəhərinə mal göndərməsi və ya ticarət etməsi mümkün deyildi.[7]

1838-1841-ci illərdə Fransa, İsveç, Norveç, İspaniya, Hollandiya, Belçika, DanimarkaPortuqaliya ilə oxşar müqavilələr imzalanmışdır. Bu müqavilələr kapitulyasiya sistemini gücləndirdi, Osmanlı sənayesinə böyük zərbə vurdu. Osmanlı imperiyasının digər dövlətlərə borclu olmasına səbəb oldu və maddi çöküşünü sürətləndirdi.

İstinadlar

  1. Arxivlənmiş surət. ISBN 9944885169. 2017-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07. (#first_missing_last)
  2. Hanioglu, A Brief History of the Late Ottoman Empire, p. 66.
  3. "Colonel Campbell to Viscount Palmerston" in "Communications with Mehemet Ali", pp. 4-5.
  4. Gelvin, p. 77.
  5. Geyikdağı, V. Necla. Foreign Investment in the Ottoman Empire: International Trade and Relations 1854-1914. Tauris Academic Studies. 2011. səh. 25.
  6. "Convention of Commerce, Balta Liman". 16 dekabr 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2013.
  7. Hitchins, pp. 335–336.

Ədəbiyyat

  • Keith Hitchins, Românii, 1774–1866, Humanitas, Bucharest, 1998 (translation of the English-language edition The Romanians, 1774–1866, Oxford University Press, USA, 1996).
  • История Отечества с древнейших времён до наших дней. М. 1999.
  • Эрнест Лависс, Альфред Рамбо. История XIX века: Том 5. Москва: Государственное социально-экономическое издание. 1938.
  • Garvin, J. L., Franklin Henry Hooper, and Warren E. Cox. "Egypt: Modern History. Rule of Mehmed Ali." The Encyclopædia Britannica. 1910.
  • Geyikdağı, V. Necla. Foreign Investment in the Ottoman Empire: International Trade and Relations 1854-1914. London: Tauris Academic Studies, 2011. 18-28.
  • Hanioğlu, M. Şükrü. A Brief History of the Late Ottoman Empire. Princeton: Princeton University Press, 2008. 60-71.
  • Hartesveldt, Fred Van. "Henry Buwler and the Convention of Balta Liman." Diss. Fort Valley State College, 1980. Columbus State University Archives. Web. 11 Dec. 2013.
  • Kasaba, Reşat. "Treaties and Friendships: British Imperialism, the Ottoman Empire, and China in the Nineteenth Century." Journal of World History 4.2 (1993): 215-41.
  • O'Brien, Patrick K., and Geoffrey Allen Pigman. "Free Trade, British Hegemony and the International Economic Order in the Nineteenth Century." Review of International Studies 18.02 (1992): 89-113. Print.
  • Omar, Yousef Hussein Yousef. "Russia Attitude Towards the Egyptian Question from Balta-Liman Convention until end of the Crisis 1838-1841: A Study in the Light of British Documents." Journal of Human Sciences 2017.2 (2017). online Arxivləşdirilib 2021-07-09 at the Wayback Machine
  • Pamuk, Şevket. "On the Free Trade Treaties of 1838-41." in The Ottoman Empire and European Capitalism, 1820-1913: Trade, Investment, and Production ( Cambridge: Cambridge UP, 1987). 18-23.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.