Baloğlan Abbasov
Balaoğlan Abbasov (tam adı: Balaoğlan Mirzağa oğlu Abbasov, rus. Балаоглан Мирзага оглы Аббасов; 15 dekabr 1919, Lənkəran, Lənkəran qəzası – 23 noyabr 1942, Volqoqrad vilayəti) — Azərbaycan-sovet snayperi,[1] baş çavuş,[2] İkinci Dünya müharibəsi iştirakçısı.[3]
Baloğlan Abbasov | |
---|---|
rus. Балаоглан Мирзага оглы Аббасов | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 dekabr 1919 |
Doğum yeri | |
Vəfat tarixi | 23 noyabr 1942 (22 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Mirzağa |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | piyada |
Rütbəsi | Baş çavuş |
Döyüşlər | |
Təltifləri |
Həyatı
Baloğlan Mirzağa oğlu Abbasov 1919-cu il dekabrın 15-də Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olub. Kənddə ibtidai təhsil aldıqdan sonra Baloğlan 1939-cu ildə ordu sıralarına çağırılıb. Müharibə başlayanda Ukraynada döyüşlərdə yetkinləşdi, snayperlik sənətini səylə öyrəndi. Az müddətdə atıcı alayında ən yaxşı nişançılardan biri oldu[4].
1942-ci ilin yayında serjant Baloğlan Abbasovu ən mühüm cəbhə olan Stalinqrad şəhərinin müdafiəsinə göndərdilər. Vzvod komandiri təyin olunan Baloğlan Azərbaycan oğulları ilə birgə qəhrəmanlıqla vuruşur, əla snayperçinin atdığı güllələr boşa çıxmırdı. Sərrast atıcı kimi diviziyada ad-san qazanan Baloğlan Abbasov həlledici əks-hücum zamanı 1942-ci il noyabrın 19-da ağır yaralanıb həlak oldu. Stalinqrad cəbhəsi Hərbi Şurasının qərarı ilə müharibə qəhrəmanı kimi Baloğlan Abbasovun adı əbədi olaraq qvardiyaçı diviziyasının şəxsi heyətinin siyahısına daxil edildi.
Onun snayperçilər qrupu 40 gün ərzində 615 alman əsgər və zabitini öldürmüşdür. Şəxsən özü isə 106 nəfəri öldürmüşdür[5].
Fəaliyyəti
1942-ci ildə Stalinqrad (indi Volqoqrad) uğrunda döyüşlərdə azərbaycanlılar şücaətlə vuruşmuşdular. Baloğlan Abbasovun snayperlər qrupu, Həzi Aslanovun tank alayı Stalinqrad döyüşlərində böyük mətanət göstərmişdilər[6].
İstinadlar
- "Советские стрелки-снайперы в Великой Отечественной войне". 2014-08-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-14.
- "AZƏRBAYCAN OĞULLARI STALİNQRAD DÖYÜŞLƏRİNDƏ". 2014-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-14.
- "ГЕРОИЗМ РАБОЧИХ АЗЕРБАЙДЖАНА В ГОДЫ ВЕЛИКОЙ ОТЕЧЕСТВЕННОЙ ВОЙНЫ" (PDF). 2013-06-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-06-19.
- ""Ədalət" qəzeti.-2012.-1 may.-Səh.7". 2014-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-14.
- "Аббасов Балаоглан". 2012-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-14.
- "İkinci Dünya Müharibəsi → Azərbaycan müharibə illərində". 2021-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-14.
Mənbə
- "Балаоглан Аббасов" М., 1943, стр.18.