Balinaovlayan gəmi
Balinaovlayan gəmi[1] — xüsusi olaraq balina ovunu həyata keçirmək məqsədilə inşa edilən gəmi.
![](../I/Walfang_zwischen_1856_und_1907.jpg.webp)
Balina ovunu həyata keçirən gəmi iş başında
![](../I/RIAN_archive_448863_Whaling_ships.jpg.webp)
Sovet balina ov gəmisi. 1979 il
Xüsusiyyətləri
Balinaovlayan gəmi 65 m uzunluğa, 9,5 m enə malik olur. Bu tip gəmilər 916 ton yük götürmə qabiliyyətinə malikdir. Gəmilər əsasən ilk əvvəllər buxar mühərrikləri sonradan isə dizel mühərrikləri ilə təhciz edilirlər. Bu mühərriklər 3870 kVt güçə sahibdirlər (5260 at güçü). 18–20 uzel sürətə və əla manevr qabiliyyətinə malikdir. Gəmi müvafiq olaraq qarpun silahı, kompressor, naviqasiya cihazları, kanat və axtarış cihazlarına sahibdir.
Həmçinin bax
İstinadlar
- Balinaovlayan gəmi // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 129. ISBN 978-9952-441-07-9.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.