Balina ovu
Balina ovu sənayesi[1] — Balinakimilərin gəlir əldə etmək məqsədi ilə ovlanması. Ovun hədəfi balinaların piyinin əldə edilməsidir. Onların piyi əsasən yanacaq kimi istifadə edilirdi. Üstəlik sənaye ehəmiyyəti olmuşdur. Balinaların ət məqsədli ovu XX əsrin ortalarına qədər davam etmişdir. Balinanın ətindən Kolbasa, sümüklərindən A vitamini, beynindən isə hormonlar və insulin hazırlanır.
Balinaovlayan və emal edən sənaye sahəsi
İlk zamanlar Balina ovu Atlantika və Sakit okeanların sahilyanı hissələrində inkişaf etmişdi. 15 əsrin axırlarında burada balinaların miqdarının azalması ilə əlaqədar olaraq tədricən açıq dənizdə gəmi ilə Balina ovuna başlandı. 19 əsrin axırlarında zolaqlı balinaların miqdarı Şimali Atlantikada kəskin surətdə azaldığından Norvec sənayeçiləri çox sayda balina sürüləri qeydə alınan Antarktika sularına ekspedisiyalar təşkil etdilər. Hazırda dünya okeanlarında, əsasən, 5 növ balina – finval, kaşalot, seyval, qozbel və göy balina ovlanır. 20 əsrin 60-cı illərinə qədər dünya Balina ovunda aparıcı yerləri Norvec və B.Britaniya tuturdu. Sonrakı illərdə birinci yerləri SSRİ və Yaponiya tutmuşdur. Balinaların sayı kəskin azaldığına görə, 1972 ildən Balina ovuna beynəlxalq nəzarət qoyulmuşdur. Hazırda Balina ovu, əsasən, Rusiya, İslandiya, Kanada, həmçinin Qrenlandiya adası ərazilərinin sahilyanı sularında aparılır.
Tarixi
Avropada ilk balina ovçuları Norveçlilər xüsusi ilə seçilirdilər. Onlar 800-1000 illərdən bu sahə üzrə ixtisaslaşmışlar. Basklar 12 yük illik ərzində bu sahəyə maraq göstərmişlər. Onlar əsasən Biskay körfəzi ərazisində bu ovları təşkil edirdilər. İlk əvvəllər əsasən hamar bə Qrenlandiya balinasına qarşı ov təşkil edilirdi. Səbəb isə onların nisbətən ləng olması və böyük piyə sahib olması səbəbindən batmamalarıdır. Boz balinalara qarşı həyata keçirilən intensiv ovun sayəsində XVIII əsrdə onların soyu tükənmişdir.
Biskay körfəzindən başlayan Avropa balina ovu sənayesi sonradan qitənin şimalına sonradan isə Qrenlandiyaya keçmişdir. XVII əsrdə isə artıq Şimali Amerikanın şimal-şərq sahilləri bu sahəyə cəlb dilir.
Balinaların ovunda əsasən yelkənli gəmilərdən və reyzin qayıqlardan istifadə edilirdi. Ələ keçirilən şikar tutuluraq buzlaqlar üzərinə çıxarılır və elə buradaca bölünmə həyata keçirilir. Yaponlar isə 1600-ci ildən bu ovu həyata keçirməyə başlamışdır. Ov torlar vastəsi ilə həyata keçirilirdi.
Beynəlxalq balina komisiyası
1931-ci ildə balina ovu sənayesi ilə əlaqədar beynəlxalq birlik yaradılır. Bu birliyin ən mühüm qərarlarından biri Balina ovu sənayesinin nizamlanması haqqında beynəlxalq konvensiyanın qəbul (International Convention for the Regulation of Whaling, ICRW) edilməsi olur (1946). Beynəlxalq balina komisiyası Elmi kamitetinin effektivliyi çox zəif olur. Səbəb isə onların qısa müddətli komersiya maraqlarına xidmət etməli olmuşdur.
Balina ovu sənayesinə qoyulan qadağa
1972-ci ildə ABŞ Dəniz məməlilərinin ovlanmasını və ixracına qadağa qoyan aktı qəbul edir. Bunla belə köklü xalqların həyata keçirdiyi ovlar istisnadır. 23 iyul 1982-ci ildə Beynəlxalq balina komisiyası tərəfindən sənaye əməmiyyəti ova qadağa qoyurlar. 1980-1990 illərdə Şimali Atlantikada balina ovunu həyata keçirmək istəyən ölkələr (Norveç, Farer adaları, İslandiya və Qrenlandiya) Şimali Atlantika dəniz məməliləri ilə əlaqədar komisiya təşkil edilir.
2010-ci ildə 62 sesiyada Beynəlxalq balina komissiya Yaponiya, İslandiya və Danimarkanın təziqi ilə balina ovuna qoyulan qdağa aradan qaldırılmışdır. Məlumata görə 1867 balina ovlanır[2].
Norveç
Beynəlxalq balina komisiyasının qərarına etraz edən Norveç 1993-ci ildən sənaye əhəmiyyətli ovu bərpa etmişdir. Onlar əsasən Kiçik Zolaqlı balinalara qarşı ovu şimal-şərqi Atlantikada həyata keçirir. 1995 ildə 218, 2003 ildə isə 646 balina ovlanmışdır. Əldə edilən balina əti Farer adaları və İspaniyaya ixrac edilir. Məhsullar Yaponiyaya ixrac edilsədə sonradan iqtisadi etirazlar və Yaponiyanın Şimali Atlatika məhsullarının ekaloji kirlənməsi səbəbindən bu məhsulları almasını dayandırması ilə ixrac dayandırılmışdır.
Farer adaları
Farer adalarında il ərzində 950 Qrindlər ovlanılır. Bəzən isə vəziyyətdən asılı olaraq digər balinakimilər: şimali butulkaburun balina və atlantik ağ yanlı delfin ovlanılır.
İslandiya
Norveçdən fərqli olaraq İslandiya Beynəlxalq balina komisiyasının qərarına etiraz etməmişdir. 1986—1989 illər ərzində elmi məqsədlər üçün il ərzində 60 balina ovlanılırdı. Bu addımlar birlik ölkələrinin kəskin etazına səbəb olmuşdur. Bu səbəbdən sənaye 1989 ildən dayandırılmışdır. 1992-ci ildə Beynəlxalq balina komisiyasından çıxmışdır. 2003-ci ildən elmi məqsədli ov bərpa edilmişdir. Onlara elmi məqsədlər üçün 100 Kiçik Zolaqlı balina, 100 Finval və 50 Seyval ovlamasına icazə verilməsini istəyir. İslandiya 2003-ci ildə 36 balina (kvota — 38), 2004 — 25 balina (bütün kvota), 2005 ildə 39 balina ovlanmışdır.
2006 ildən İslandiya sənaye ovunu bərpa etmişdir. İl ərzində 30 Kiçik Zolaqlı balina və 9 Finval ovlanmasına icazə verilmişdir. 22 oktyabr 2006-ci ildə İslsndiya 60 tonluq finval dişisini ovlamaqla Beynəlxalq balina komisiyasının qanunlarını pozmuşdular.
Qrenlandiya
Qrenlandiya eskimosları il ərzində 170 balna ovlayırlar. Bu isə Nirveç və Yaponiyadan sonra üçüncü nəticədir. Beynəlxalq balina komisiyası Qrenlandiyanın şərq və qərb hissələrində yayılmış balinaları başqa-başqa papulyasiyalara aid edirlər. Hər ikisinə müxtəlif kvota qoyulmuşdur. Ovu 90% qərb sahillərində cəmləşmişdir. Burada 150 Kiçik Zolaqlı balina və 10 Finval, şərqdə isə 10 Kiçik Zolaqlı balina ovlanılır.
Kanada
Kanada 1982 ildə Beynəlxalq balina komisiyasından çıxmışdır. Bu balina sənayesini inkişaf etdirilməsi ilə əlaqədar olmamışdır. Balina ovu hazırda burada eskimolar tərəfindən Kanadanın Balıqçılıq və Dəniz Resursları Departamentinin nəzarəti ilə həyata keçirilir. Ov nəticəsində əldə edilən ət mağaza və supermarketlərdə satılır.
Rusiya
SSRİ Norveç kimi Beynəlxalq balina komisiyasının qərarına öz etazını bildirmişdir. İl ərzində Çukot Muxtar Dairəsinin əhalisi tərəfindən 140 Boz balina ovu həyata keçirilirdi. Rusiyada isə yerli əhaliyə il ərzində bir neçə min dəniz məməlisinin ovunu həyata keçirməyə icazə verilmişdir[3]. Xüsusi ilə Ağ balina ovu seçilir.
ABŞ
ABŞ ərazisində bu sənayenin inkişafı Alyaskanın aborigen əhalisi ilə əkaqədardır. İl ərzinfə 50 Qrenlandiya balinası və 1-2 Boz balina ovlanılır. 1999 ildə Makax hindu qəbilələri Vaşinqton ştatında balina ovunu bərpa etdilər. Bu heyvan hüquq müdafiə təşkilatlarını ayağa qaldırmışdır.
Digər ölkələr
Kiçik balinakimilərin ovu Beynəlxalq balina komisiyası tərəfindən idarə edilmir. Karib dənizində Qrenada, Dominika və Sent-Lüsiya tərəfindən ov həyata keçirilir. Burada Qrindlər, Cırtdan qatil balina və əyirici delfin ovlanılır. Karib adalarında il ərzində 400 qrind ovlanılır.
İndoneziyada ov Lamalerlərə qarşı həyata keçirilir.
Balina papulyasiyalarının sayı
Sənaye əhəmiyyətli balina ovuna qoyulan qadağadan sonra balinaların sayında artım müşahidə edilmişdir. Qozbel balinaların sayı 1999-ci ildə Atlantik okeanın şimal-qərbində sayı 10600 baş qiymətləndirilmişdir. Meyn körfəzində onların sayında 6,5 % artım müşahidə edilmişdir. Sakit okeanın şimal-şərqində isə Göy balinaların sayı 2000 baş qiymətləndirilirdi. Sonralar isə sayında artım olmuşdur. Hamar balinaların sayında artım isə az müşahidə edilmişdir. Qrenlandiya balinalarının Oxot dənizi və Artikada, Sakit okeanın şimal-qərbində Göy balinaların sayı olduqca azdır[4].
İstinadlar
- Balina ovu // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 129. ISBN 978-9952-441-07-9.
- "BuenoLatina. Yaponiya, İslandiya və Danimarka balina ovunu davam etdirir". 2011-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-25.
- "ОДУ-2011". 2011-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-24.
- "Russian Orcas Homepage — Müasir balina ovu sənayesi". 2007-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-24.