Balina bitləri
Balina bitləri (lat. Cyamidae) — xərçəngkimilər yarımtipinə aid fəsilə.
Balina bitləri | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tactopoda Tip: Klad: Pancrustacea Yarımtip: Sinifüstü: Multicrustacea Sinif: Yarımsinif: Eumalacostraca Dəstəüstü: Peracarida Dəstə: ???: Balina bitləri |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Bədən quruluşu
Balina bitləri enli olmaları ilə seçilirlər. Ayaqları güçlü olub, üçüncü və dördüncü seqmentlər istisna olaraq digər yerlər ayalarla ördülüdür. Bu seqmentlərdə kisəyə bənzər qəlsəməyə sahibdirlər[2][3].
Həyat tərzi
Xərçənkimilərə daxil balina bitləri parazitlərdir. Onlar Balinakimilərin dərilərində yaşayırlar. Əsasən dəliklər olan sahələrə yapışırlar. Dəridəki hüceyrələrlə qidalanırlar. Uzun zaman dərində qaldıqları zaman burada xorlar əmələ gətirirlər.
Nümayəndələri
Fəsiləyə aşağıdakı cinsləri daxildir[4]:
- Cyamus Latreille, 1796
- Isocyamus Gervais & van Beneden, 1859
- Neocyamus Margolis, 1955
- Platycyamus Lütken, 1870
- Scutocyamus Lincoln & Hurley, 1974
- Syncyamus Bowman, 1955
Bura daxil olan növlərdən biri olan Adi balina biti (Cyamus ceti (Linnaeus, 1758)), 10–12 mm uzunluğa malik olurlar, əsasən Şimali Avropanın dənizlərində yaşayan balinalara yapışırlar.
Belə düşünülür ki balina bitlərinə daxil olan Cyamus (Sirenocyamus) rhytinae (J. F. Brandt, 1846) növü Dəniz inəyinin dərisində yaşayırdılar. Bu yeganə haldır ki, balina biti balinalarda deyil digər dəniz canlısının üzərində yaşayırlar. Bəziləri onları Cyamus ovalis növünə aid edirlər. Bu növ Sankt Peterburqun Zooloji Muzeyində olan dəniz inəyinin dərisinə əsasən qeydə alınmışdır. Onlar canlının dərisinin epidermis qatına ağır zərbə vururlar.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2004.
- Китовые вши // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907
- Китовые вши // Малый энциклопедический словарь Брокгауза и Ефрона: В 4 томах. — СПб., 1907–1909.
- Семейство Китовые вши в Мировом реестре морских видов (World Register of Marine Species)