Bali boğazı
Bali boğazı (ind. Selat Bali) - Malay arxipelaqına daxil olan Yava adasını Bali adasından ayırır. Sakit okeanına daxil olan Bali dənizini Hind okeanı ilə birləşdirir.
Bali boğazı | |
---|---|
ind. Selat Bali | |
Ümumi məlumatlar | |
Eni | minimum 2.4 km |
Ən böyük dərinliyi | 60 m |
Yerləşməsi | |
8°06′ c. e. 114°25′ ş. u. | |
Ölkə | İndoneziya |
Akvatoriyası |
|
Ayırır | Bali adasını Yava adasından |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Ən dar yeri 2,4 km, ən dərin yeri isə 60 metr təşkil edir. Boğaz təbii sərhəd olaraq Böyük Zond adalarını, Kiçik Zond adalarından (Flores, Timor, Sumba, Sumbava, Lombok) ayırır. Yava adası sahilində Banyuvanqi, Vonqsoredjo, Ketapanq, Bali adasında Qilimanuk, Melaya adlı yaşayış məntəqələri vardır. Hər iki ada arasında kiçik adalar və qayalıqlar vardır.
Təbiəti
Boğazın suyu Bali dənizinin suyunun xüsusiyyətlərinə uyğundur. Suyun temperaturu 27 - 28 S təşkil edir. Bura tökülən çaylar suyun duzluğuna az təsir göstərir. Suyun duzluğu 33,0 - 34,0‰ təşkil edir. Ekoloji vəziyyət ürək açandır. Sahil hissədə bir çox müəssisələr fəaliyyət göstərsə də onlar kiçik müəssisələrdir. Burada Qərbi Bali parkı vardır ki, onun sahəsi 34 km² təşkil edir.
Nəqliyyat əhəmiyyəti
Buada nəqliyyat aktiv olsa da iri tonnajlı gəmilərin üzməsi mümkünsüzdür. Bu səbəbdən Hind okeanından Bali dənizinə əsas keçid kimi Lombok boğazından faydalanılır. Bölgəyə turistik turlar təşkil edilir.
Layihələr
Bali boğazı üzərindən körpü tikintisi planlaşdırılır. 1990-cı illərin əvvəllərində bu layihənin işlənməsinə başlanılır. Körpü üç adanı birləşdirməli idi.
1990-ci illərin sonunda dünyada başlanan iqtisadi böhran səbəbindən layihə dayandırılır. Bununla belə layihənin digər qolu olan Madura boğazı üzərində Suramadi körpüsünün tikintisi başa çatdırılır.