Balfur bəyannaməsi (1926)
1926-cı il Balfour Bəyannaməsi 1926-cı ildə London da keçirilmiş İmperator Konfransının yekun hesabatıdır. İngilis dövlət xadimlərindən olan əvvəlki baş nazir Arthur J. Balfourun şərəfinə adlandırılmışdır. Birləşmiş Krallıq və Millətlər Birliyinə daxik müstəqil ölkələri (Dominionu) aşağıdakı kimi ifadə edir:
Onlar Britaniya İmperiyası ilə statusda bərabər, daxili və xarici münasibətlər baxımından hər hansı bir şəkildə biri digərinin tabeliyində olmamasına baxmayaraq, Krallıq Tacına ortaq bir ittifaq ilə tabedirlər və Böyük Britaniya Britaniya Millətlər Birliyi ilə sərbəst əməkdaşlıq edirlər. |
İmperatorluq Arası Münasibətlər Komitəsi Balfurun başçılığı ilə toplandı. 15 noyabr 1926-cı ildə imperator baş nazirləri tərəfindən yekdilliklə hazırlıq sənədini hazırladı.[1] Sənəd üçün ilk tövsiyə Cənubi Afrika Baş Naziri J. B. M. Hertzog, eləcə də Kanadanın Baş naziri William Lyon Mackenzie King tərəfindən təklif edilmişdir.
Bəyannamə Birinci Dünya müharibəsindən sonra dominionların inkişaf edən siyasi və diplomatik müstəqilliyini qəbul etdi.
Sonrakı illərdə Yüksək Nümayəndələr tədricən təyin edildilər. İlk dəfə 1928-ci ildə İngilis Yüksək Nümayəndəsi Ottavaya təyin edildi. 1926-cı il konfransının bəyannaməsi 1930-cu ildə təkrarlandı və nəticədə Balfur Bəyannaməsi 1931-ci ilin noyabr ayında Böyük Britaniya parlamenti tərəfindən qəbul edilən Vestminster Xartiyasına daxil edildi.
İstinadlar
- "Balfour Formula və Birliyin Təkamülü". Dəyirmi Masa Jurnalı: səh. 541–53. 2001. doi:10.1080 / 00358530120082823 (#bad_doi).