Baldırın ikibaşlı əzələsi

Baldırın ikibaşlı əzələsi ya Baldır əzələsi (lat. musculus gastrocnemius) insan baldırının arxa səthində iki başdan ibarət əzələ. Baldırın üçbaşlı əzələsinin hissəsi olan kambalayabənzər əzələnin (lat. m. soleus) üzərində yerləşərək birlikdə Axilles vətəri vasitəsilə daban sümüyünə birləşir. Baldırın ikibaşlı əzələsi iki içəri və bayır güclü və ətli əzələ başlarından təşkil olunmuşdur. Daha qüvvətli içəri başcıq (lat. caput mediale) bud sümüyünün lat. condylus medialis üzərindəki qabarcıqdan, bayır başcığı isə (lat. caput laterale) simmetrik olaraq amma birqədər aşağıdan lat. condylus lateralis üzərindəki qabarcıqdan başlayır. Hər iki əzələ başı baldırın ortasında bir-biri ilə birləşərək aşağıya doğru ümumi bir vətərə keçərək, daha sonra kambalayabənzər əzələnin (lat. m. soleus) vətəri ilə ümumiləşərək Axilles vətərinə (lat. tendo calcaneus, tendo Achillis) keçərək onun vasitəsilə daban sümüyünün müvafiq qabarcığına bağlanır.

Baldırın ikibaşlı əzələsi
Latınca Musculus gastrocnemius
Başlanır lat. condylus lateralis et medialis
Bağlanır Axilles vətəri (lat. tendo calcaneus, tendo Achillis)
Arteriya Baldır arteriyası (lat. a. suralis)
Sinir Qamış siniri (lat. n. tibialis), oturaq siniri (lat. n. ischiadicus), onurğa seqment:L5,S1–S2
Vəzifəsi Ayağın tərlik səthinin bükülməsi, dizin qatlanması
Antaqonisti lat. Musculus tibialis anterior
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.