Balamet Balametov

Balamet Yüzəhməd oğlu Balametov (1906, Əniq, Hil rayonu2007) — Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, Qusar Rayon Partiya Komitəsinin birinci katibi, Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri.

Balamet Balametov
bayraq
Naxçıvan MSSR Nazirlər Sovetinin sədri[1]
bayraq2
1947 1950
ƏvvəlkiVəzifə təsis edilib
SonrakıNemət Novruzov
bayraq
Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibi
bayraq2
1942 1947
bayraq
Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri
bayraq2
1938 1942
ƏvvəlkiMəmmədxan Məmmədxanov
Sonrakıİsak Gülməmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 1906
Doğum yeri
Vəfat tarixi 2007
Partiya

Təltifləri "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Həyatı

Balamet Balametov 1907-ci ildə Əniq kəndində anadan olmuşdur. Bakıda neft mədənlərində fəhlə olaraq çalışmış, daha sonra Rustov kəndində kitabxanada işləmişdir.

Bakı Ali Partiya Məktəbində və Zaqafqaziya Kommunist Kənf Təsərrüfatı Məktəbində təhsil almışdır. 1949-cu ildə Ümumittifaq Kommunist (bolşevik) Partiyası yanında Ali Partiya məktəbini bitirmişdir.

Siyasi fəaliyyəti

Balamet Balametov Qusar Rayon Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədr müavini olmuşdur.

Təhsilini tamamladıqdan sonra, 1938-ci ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin sədri vəzifəsinə təyin olunmuşdur. 1942-ci ildən Qusar Rayon Partiya Komitəsinin 1-ci katibi, 1947-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Nazirlər Sovetinin sədri vəzifəsinə təyin olunmuşdur.

SSRİ Ali Sovetinin III çağırış, Azərbaycan SSR Ali Sovetinin II, Naxçıvan MSSR Ali Sovetinin isə I, II və III çağırışlarının deputatı olmuşdur.

2 dəfə "Lenin" ordeni (biri 25.02.1946) və "Qırmızı əmək bayrağı" ordeni (27.04.1940) ilə təltif olunmuşdur.

Mənbə

  • Balametov Balamet Yüzəhməd oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 25.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2021-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-21.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.