Balakişi Qasımov

Balakişi Qasımov (azərb. Balakişi (Balaş) Ələkbər oğlu Qasımov; d. 20 oktyabr 1978, Bakı) — İctimai Televiziyanın baş direktoru (2018-ci ildən), "Nə? Harada? Nə zaman?" elitar klubunun oyunçusu, Azərbaycanda "Nə? Harada? Nə zaman?" oyununun aparıcısı və baş prodüseri, GameTV.az prodüser mərkəzinin rəhbəri.[1]

Balakişi Qasımov
Balakişi Ələkbər oğlu Qasımov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti Prodüser, "Nə? Harada? Nə zaman?" oyunçusu
Mükafatları Büllur bayquş,
Brilyant bayquş,
"Klubun ən yaxşı kapitanı" poqonu
"Tərəqqi" medalı

Bioqrafiyası

Bakı şəhər 1 saylı orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirmişdir.

"Nə? Harada? Nə zaman?"

2004-cü ildən klub oyunlarının iştirakçısıdır. 2004-cü ildə "Nə? Harada? Nə zaman?" oyununun idman variantı üzrə dünya çempionu olmuşdur. Tezliklə onun komandası bu növdə mütləq dünya çempionu olmuşdur. "Nə? Harada? Nə zaman?" üzrə 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə Azərbaycan çempionu, 2002-ci ildə Breyn rinq üzrə Azərbaycan Çempionu olmuşdur. Anar Əzimovun komandasında 1998[2], 2003[3] və 2010-cu illərdə Cənubi Qafqaz çempionu olmuşdur[4].

Beynəlxalq "Nə? Harada? Nə zaman?" klubları assosasiyası təfərinfən 2010-cu ildə ilin adamı seçilmişdir.[5].

2010-cu ilin yekunlarına əsasən "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülmüşdür.

29 aprel 2019-cu il tarixində "Tərəqqi" medalı ilə təltif edilmişdir.[6]

Filmoqrafiya

  1. Qorxma, mən səninləyəm! 1919 (film, 2013)

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.