Balakişi Hüseynov

Balakişi Hüseynov (11 mart 1968, Dəmirçilər, Qubadlı rayonu24 yanvar 1994, Ağdam) — Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Balakişi Hüseynov
Hüseynov Balakişi Rəhman oğlu
azərb. Balakişi Hüseynov‎
azərb. Balakişi Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 11 mart 1968(1968-03-11)
Doğum yeri
Vəfat tarixi 24 yanvar 1994(1994-01-24) (25 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağır travma[d]
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Hərbi fəaliyyəti
Təltifləri "Azərbaycan Bayrağı" ordeni

Həyatı

Balakişi Hüseynov 1968-ci il martın 11-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra, 1986-1988-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Qarabağ hadisələri başlanandan Əliyar Əliyevin taborunda kəşfiyyat işləri ilə məşğul idi. Cəsur döyüşçü olan Balakişi çox mühüm və çətin tapşırıqları yerinə yetirirdi. 1992-ci ildə Ermənistanın Qafan və Gorus istiqamətindən rayon mərkəzi tez-tez atəşə məruz qalırdı. Cəsur kəşfiyyatçıya bu atəş nöqtələrinin susdurulması əmri verilir. Gecə ilə üç nəfər köməkçisi ilə həmin nöqtələri müəyyən edirlər. Məharətlə düşmən arxasına keçərək həmin nöqtələri susdurur, xeyli hərbi sursat ələ keçirirlər. Onun bu xidməti yüksək qiymətləndirilərək bölük komandiri qoyulur. Balakişi rayonun Seytas, Aşağı və yuxarı Cibikli, Novlu, Çardaxlı, Tarovlu, Əliquluuşağı və bir çox digər sərhəd kəndlərində gedən döyüşlərdə yaxından iştirak edirdi və hər bir döyüşdə öz əsgərlərini ruhlandıraraq növbəti qələbələrə aparırdı. 1992-ci ildə düşmənin Seytas kəndinə böyük qüvvə və texnika ilə hücuma keçir. Bu hücumu məharətlə dəf edərək xeyli canlı qüvvə məhv edir və bir ədəd tankı qənimət götürürlər. Bu döyüşlərdən sonra ona kiçik leytenant rütbəsi verilir. 1992-ci ilin sentyabr aylarında Laçın torpaqlarının, xüsusilə Səfiyan, Aşağı və Yuxrı Fərəcan, Suarası, Mığıdərəsi, Mazutlu, Türklər kəndlərinin azad edilməsində Yaxından iştirak edərək əsil qəhrəmanlıq göstərmişdir. Balakişi Hüseynovun son döyüşü Ağdamın Güllücə və Papravənd kəndlərində olmuşdur. 1994-cü il yanvarın 6-da orada gedən döyüşdə ağır yaralanır və yanvarın 24-də qospitalda vəfat edir. Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə "Azərbaycan bayrağı" ordeni ilə təltif edilmişdir. Vəfat edərkən subay idi.

İstinadlar

    Mənbə

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.