Balaban (film, 1987)

Balaban qısametrajlı sənədli filmi rejissor Xamis Muradov tərəfindən 1987-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film milis starşinası Əlicavad Cavadovun çox çətin və ağır sınaqlara məruz qalmış ibrətamiz taleyi haqqındadır.

Balaban
Janr sənədli
qısametrajlı
bioqrafik
Rejissor Xamis Muradov
Ssenari müəllifi Aydın Dadaşov
Operator Vladimir Konyagin
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1987
Filmin növü qısametrajlı sənədli film
Müddət 10 dəq.
Ölkələr Azərbaycan Azərbaycan SSR
Dil azərbaycanca
İl 1987
Texniki məlumatlar 1 hissə
280 metr
Rəng ağ-qara

Məzmun

Film milis starşinası Əlicavad Cavadovun çox çətin və ağır sınaqlara məruz qalmış ibrətamiz taleyi haqqındadır.[1]

Ağır fəlakət nəticəsində bütün ailəni-iki körpəsini və həyat yoldaşını itirmiş Əlicavadın dərdindən də böyük dərd ola bilərmi? Film bu insanın zəngin mənəvi dünyasından, möhkəm iradəsindən, mehrini balabana, sehirli musiqi alətinə saldığından, təsəllini milli muğamlarda tapdığından, beləliklə yenidən həyata, öz peşəsinə qayıtmasından bəhs edir.[1]

Mükafat

1987-ci ildə film Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür.[1]

Filmin üzərində işləyənlər

Ssenari müəllifi: Aydın Dadaşov
Rejissor: Xamis Muradov
Operator: Vladimir Konyagin

İstinadlar

  1. Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 256

Mənbə

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 329; 377.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı
1987-ci ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.