Bala Həşimxanlı

Bala HəşimxanlıAzərbaycan Respublikasının Sabirabad rayonunun Moranlı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Moranlı kənd inzibati ərazi dairəsi tərkibindəki Bala Haşımxanlı kəndi Bala Həşimxanlı kəndi adlandırılmışdır.[2]

Bala Həşimxanlı
39°47′20″ şm. e. 48°44′20″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Bala Həşimxanlı xəritədə
Bala Həşimxanlı
Bala Həşimxanlı

Toponimikası

Etnotoponimdir. "Kiçik Haşımxanlı kəndi" deməkdir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Haşımxanlı (indiki Böyük Haşımxanlı) kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır.[3]

Tarixi

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Kənd Muğan düzündə yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999[4] XXXX XXXX XXXX
2009[5] ↗XXXX ↗XXXX ↗XXXX

İqtisadiyyatı

Əsasən kənd təsərrüfatına əsaslanır. Kənddə pambıq və heyvan yemi- yonca, eyni zamanda Sabirabada xarakter olan bostan məhsulları becərilir.

Mədəniyyəti

Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Təhsil

SSRİ zamanından bir məktəb mövcud olmuşdur.2009-cu ildə həmin məktəb sökülmüş və yerində müasir tələblərə cavab verən ikimərtəbəli,idman zalı, futbol və digər idman oyunlarının keçirilməsi üçün meydançası,qazanxana sistemi olan məktəb binası inşa edilib, istifadəyə verilmişdir.

Din

Kənddə üç məscid mövcuddur. Əhalinin 99% Şiə məzhəbinə mənsubdur. Bir məscid Qafqaz Müsəlmanları İdarəsinə qeydiyyatlıdır.

Səhiyyə

Kənddə bir ilkin tibbi yardım məntəqəsi fəaliyyət göstərir. Aptek və digər tibb müəssisələri mövcud deyil.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.