Bala Şürük

Bala ŞürükAzərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində, Kosalar icra nümayəndəliyində kənd.[2] Əhalisi 671 nəfərdir.[3] Bəşərü çayının sahilində yerləşir.

Bala Şürük
38°42′ şm. e. 48°50′ ş. u.
Ölkə  Azərbaycan
Rayon Lənkəran rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 671 (2009) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ4220[1]
Bala Şürük xəritədə
Bala Şürük
Bala Şürük

Toponimiyası

Oykonim "kiçik Şürük kəndi" deməkdir. Türk dillərində şürük "cavan şam ağacı"; "gavalı ağacı"; "kiçik, balaca, cır" mənalarını ifadə edir.[4]

Coğrafiyası

Rayon mərkəzindən 10 kilometr aralıda yerləşir. Şərqdən Gərmətük, qərbdən Kosalar, cənubdan Şürük kəndləri ilə əhatə olunmuşdur.

Tarixi

Bala Şürüksn Şürük kəndindən buraya köçənlərin hesabına yarandığını ehtimal edənlər daha çoxdur. Yaşayış əvvəllər Şürük kəndində olmuş, əhali artdıqca adamlar indiki Şürük (kiçik Şürük) kəndinin ərazisinə köçmüşlər. 1930-1991-ci illərdə kənd Soveti fəaliyyət göstərib. İlk sədri Kübra Əjdərovadır. Kənddə 1932-ci ildə təşkil kolxoz təsərrüfatı olunmuşdur. 1964-cü ildə yaradılmış sovet təsərrüfatı, 2000-ci ildə torpaq islahatı ilə əlaqədar ləğv edilmişdir. Adambaşına 0,06 hektar torpaq sahəsi verilmişdir. 3 fermer təsərrüfatı fəaliyyət göstərir. Məscid 1904-1907-ci illərdə tikilmiş, 1990-cı ildə yenidən bərpa edilmişdir. Kənd 1991-ci ildən 25 oktyabr 2011-ci ilədək Gərmətük qəsəbə inzibati ərazi dairəsinin tərkibində olmuşdur. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kosalar və Bala Şürük kəndləri Gərmətük qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kosalar kəndi olmaqla Kosalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[5]

Əhalisi

Əhalisi 748 nəfərdir, 365 nəfəri qadındır, 171 ailə təsərrüfatı var (2017).[6]

İstinadlar

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
  3. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  4. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh.
  5. "Lənkəran rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 25 oktyabr 2011-ci il tarixli Qanunu" (az.). az.president.az. 23 dekabr 2011, 20:40. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-05.
  6. "Lənkəran Ensiklopediyası: Məlumat" (PDF). 2019-04-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-07.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.