Balıq yağı

Balıq yağıbalıqdan alınan qida məhsulu

Balıq yağı dünyada gənclik məlhəmi hesab edilir. Kaliforniya ştatının Amerikan Universitetindəki alimlər balıq yağının tərkibində Omeqa 3 olduğunu aydınlaşdırmış və bunun da insan orqanizminin gec qocalmasına səbəb olduğunu bildirmişdir. Tədqiqatlarda həkimlər də yer almışdır və onlar da insanın qan sistemində bu tərkibin əhəmiyyətli rolunu tibbi sahədən açıqlamağı bacarmışdır. Omeqa 3 xromosomlara da öz təsirini göstərir. Nəticədə insanın həyatı əhəmiyyətində rol oynayan şəbəkələrin müddəti çoxalır və orqanizmdə qocalma prosesi olduqca ləng gedir.

Məhz buna görə də alimlər həftəlik qida rasionunda balığın rolunun mühüm olduğunu bildirmiş və xörəklərin tərkibində balıq ətinin istifadəsinin vacibliyini ortaya qoymuşdur. Balıqdan hazırlanan qidaların tərkibində Omeqa 3-ün olması hər bir orqanizm üçün xüsusi əhəmiyyətə malikdir. Balıq növlərinə görə siz qızılbalıq, sardina (Siyənəklər fəsiləsindən xırda balıq), skumbriya və ala balığa üstünlük verin. Həmçinin bu yağın tərkibi təxminən yunan qozu, toxumlu qabaq və soya bitkisində də vardır. Məhz bu qidaların insanın daha uzun yaşamasına yardım edir.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.