Balıkəsir Universiteti

Balıkəsir Universiteti (türk. Balıkesir Üniversitesi) — Türkiyənin Balıkəsir şəhərində fəaliyyət göstərən dövlət universiteti.[3] 1992-ci ildə yaradılmışdır.

Balıkəsir Universiteti
Balıkesir Üniversitesi[1]
Əsası qoyulub 1992
Ölkə
Sayt balikesir.edu.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Balıkəsir Universitetinin təməli 1910-cu ildə qoyulan Karesi Müəllimlər məktəbinə gedib çıxır. Balıkəsir Dövlət Mühəndislik Akademiyası, Balıkəsir İdarəetmə və Turizm kolleci və Balıkəsir kolleci universitetin yaradılması üçün mühüm rol oynamışdılar.

1982-ci ildə 41 saylı fərmanla adı və statusu dəyişdirilən bu qurumlar Uludağ Universiteti adı ilə fəaliyyət göstərməyə məcbur idilər. Necati Təhsil İnstitutu 1981-ci ildə dörd illik “Ali Müəllimlər Məktəbi”nə çevrilmişdir. 1982-ci ildə bu qurum Necatibey Təhsil Fakültəsi adlandırıldı.

Uludağ Universiteti adı ilə fəaliyyət göstərən bu qurumlar sağlam və sabit inkişaf yolu ilə Balıkəsir Universiteti üçün möhkəm bir infrastruktur yaratmışdılar. Balıkəsir Universiteti 11 iyun 1992-ci il tarixli, 21281 saylı rəsmi jurnalda dərc edilən 3837 saylı qanuna əsasən qurulmuşdur.

1 yanvar 1993-cü ildən etibarən Balıkəsir Universiteti fəaliyyətini davam etdirir.

Universitetin loqosu

Balıkəsir Universitetinin loqotipindəki ağ liliya şəhərin simvoludur. Mavi rənglər şəhərin sahilindəki EgeyMərmərə dənizlərini, yaşıl rənglər isə şəhərin yaşıl görünüşünü təmsil edir.

Kampusları

Çagis Kampusu
İncəsənət fakültəsinin kampusu

Çağış kampusu

Aşağıda sadalanan bölmələr şəhərin kənarındakı əsas Çağış kampusunda yerləşir:

  • Rektorluq binası, inzibati şöbələri ilə
  • MühəndislikMemarlıq fakültəsi
  • İncəsənət elmləri fakültəsi
  • Turizm və otelçilik kolleci
  • Balıkesir kolleci
  • Mərkəzi Kitabxana
  • Əsas İdman Zalı
  • Ali Elmlər kolleci
  • Sosial Elmlər fakültəsi

NEF kampusu

Şəhərin mərkəzində yerləşən NEF kampusu universitetin ilk yerləşdiyi yerdir. Burada fəaliyyət göstərənlər:

  • Təhsil fakültəsi
  • Bədən tərbiyəsi və İdman müəllimliyi kolleci
  • NEF Konfrans zalı
  • Halil İnalcık Konfrans zalı
  • idman zalı
  • Davamlı Təhsil kolleci (BAUSEM)

Fakültələri[4]

  • Mühəndislik və Memarlıq fakültəsi
  • Necatibey Təhsil fakültəsi
  • Tibb fakültəsi
  • Elm və ədəbiyyat fakültəsi
  • İncəsənət fakültəsi
  • İqtisadiyyat və İdarəetmə fakültəsi

Kollecləri

  • Altınoluk kolleci
  • Ayvalık kolleci
  • Balıkesir kolleci
  • Burhaniye kolleci
  • Bigadiç kolleci
  • Dursunbəy kolleci
  • Edremit kolleci
  • Havran kolleci
  • Kepsut kolleci
  • İvrindi Sağlamlıq Xidmətləri kolleci
  • Savaştepe kolleci
  • Sındırgı kolleci
  • Susurluk kolleci

Rektorları

  • 1992-1994: Prof. Dr. Asim Yücel
  • 1994-1998: Prof. Dr. Aydın Okcu
  • 1998-2002: Prof. Dr. Necdət Hacıoğlu
  • 2002-06: Prof. Dr. Necdət Hacıoğlu
  • 2006-10: Prof. Dr. Şərif Saylan
  • 2010-14: Prof. Dr. Mahir Alkan
  • 2014-18: Prof. Dr. Kərim Özdəmir
  • 2018: Prof. Dr. İlter Kuş
  • 2023: Prof.Dr. Yücel Oğurlu

İstinadlar

  1. https://web.archive.org/web/20230815060630/https://uye.ankos.org.tr/uyeler/.
  2. Directory of Open Access Journals. 2003.
  3. "Arxivlənmiş surət". 2023-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-16.
  4. "Arxivlənmiş surət". 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-16.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.