Balçılı (Göygöl)
Balçılı (əvvəlki adı: Bolçalı) — Azərbaycan Respublikasının Göygöl rayonunun Salahlı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Bolçalı kənd inzibati-ərazi vahidi tərkibindəki Bolçalı kəndi Balçılı kəndi, Bolçalı kənd inzibati-ərazi vahidi Balçılı kənd inzibati-ərazi vahidi adlandırılmışdır.[1]
Balçılı | |
---|---|
40°41′09″ şm. e. 46°16′19″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Toponimikası
Oykonim bol (yüksəklik), cal (ətək) və -ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "dağətəyi" deməkdir. Köhnə ədəbiyyatlarda Balçalı kimi də işlənmişdir.[2]
Tarixi
Balçılı kəndinin salınması və bir kənd kimi formalaşması təxminən XX əsrin əvvəllərinə, yəni 1905–1915-ci illərə təsadüf edir.
Tarixi abidələri
Balçılı kəndinin ərazisində tarixi məlum olmayan "Qız-qalası", Tunc dövrünün axırı, Dəmir dövrünün əvvəlinə aid qəbrlər vardır.
Coğrafiyası və iqlimi
Kənd Azərbaycanın qərbində, Gəncə şəhərinin cənub-qərbində, Qoşqarçayın (Kürün qolu) sol sahilində, Qaflanqala silsiləsinin ətəyində yerləşir. Ərazisindən Quşqara (Qoşqar) çayı, filiz daşımaq üçün Daşkəsəndən çəkilmiş dəmir yolu keçir. İqlimi mülayim-istidir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2017 nəfər yaşayır.[3]
İqtisadiyyatı
Kənd sakinlərinin əsas məşğuliyyəti arıcılıqdır.
Şəkilləri
İstinadlar
- "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-24.
- Balçılı (Göygöl) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: 2010, səh.629