Bakugöl
Bakugöl — İrəvan quberniyasının Eçmiədzin qəzasında Alagöz dağında göl adı.
Bakugöl | |
---|---|
Bakugöl | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 3200 metr |
Eni | 145 metr |
Uzunluğu | 150 metr |
Yerləşməsi | |
Ölkə | İrəvan quberniyası |
Toponim
Bakugöl — İrəvan quberniyasının Eçmiədzin qəzasında Alagöz dağında göl adı. Uzunluğu 150 m, eni 145 metr, 3200 metr yüksəklikdədir. Baku Ələyəz dağının zirvələrindən birinin adıdır (hündürlüyü 3128 m). Qədim türk dillərində baku təpə, baqu cərgə təpələr[1][2] və azərbaycanca göl sözlərindən ibarətdir. Təpəlik yerdə göl mənasındadır. XX əsrin 30-cu illərində fərmanla ermənicə Baqu — Liç adlandırılmışdır. 936-cı ilin ərəb mənbəyində adı çəkilən Bakı (qədim forması Baku) şəhərinin adı ilə mənaca eynidir. XIX əsrdə Şimali Qafqazda Dağıstan əyalətinin Teymurxan-Şura dairəsində Baku-tala, Kuban əyalətinin Eysk dairəsində Bakay-Aci-Aul, Teymurxan-Şura dairəsində Bakay-Kiçiklik (dağ burnu)[3] toponimləri ilə sıra təşkil edir. Ehtimal ki, Zəngəzurda əhalisi azərbaycanlılardan ibarət Vaqazin kəndinin adı da Bakay və türk dillərində sin dağ beli sözlərindəndir. Bir mənbədə qeyd olunur ki, Alban çarı Vaçaqan (bu, III Vaçaqandır) 500-cü ildə Bakını qızı Varsenikə bağışlamışdır.
Həmçinin bax
İstinadlar
- Древнетюркский словарь. М., 1969.
- Гордлевский В.А. Сочинения, том. Ш.
- Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
Ədəbiyyat
- Budaqov B.Ə. Azərbaycan coğrafi terminlərinin bəzi məsələlərinə dair. "Azərbaycan SSR EA Xəbərləri" (Yer Elmləri Seriyası), 1959, № 7.
- Budaqov B.Ə. Azərbaycan toponimlərinin problemləri. "Azərbaycan onomastikası problemlərinə dair". Bakı, 1986. * Budaqov B.Ə. Ermənistanın
- Azərbaycan mənşəli coğrafi adları. "Didərginlər" məcmuasi. Bakı, 1990
- Budaqov B.Ə. Türk uluslarının yer yaddaşı. Bakı, "Elm", Bakı, 1994.