Baku Tower
Baku Tower – Bakı şəhəri, Heydər Əliyev prospekti 109 ünvanında inşa edilən 52 mərtəbəli ofis binasıdır.[1] Bina inşa edildikdən sonra Bakının və Qafqazın ən hündür göydələni olacaq.[3]
Baku Tower | |
---|---|
Ümumi məlumatlar | |
Status | inşa olunur |
Növü | biznes mərkəzi |
Memarlıq üslubu | Yeni klassik memarlıq, Modern |
Ünvan | Nizami rayonu, Heydər Əliyev prospekti 109 |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Koordinatlar | 40°24′47″ şm. e. 49°53′53″ ş. u. |
Tikintisinin başlaması | 2014 |
Sahibi | Azinko HoldinQ |
Texniki detallar | |
Material | beton, şüşə |
Mərtəbə sayı |
Yerüstü:52[1] Yeraltı: 2 |
Lift/qaldırıcılar | 11 |
Dizayn və konstruksiya | |
Memar | Eren Yorulmazer[2] |
Tarixi
"Azinko Holding" MMC və "Azvil Tikinti" MMC-nin Bakıda yeni biznes mərkəzi tikmək planı haqqında ilk məlumat 2014-cü ildə yayımlanmışdır.[4] Lakin həmin məlumatda binanın 49 mərtəbəli olacağı və 252 metr hündürlükdə planlaşdırılması bildirilirdi.[4] Layihənin "Arxin-M Ltd" tərəfindən hazırlanması, memarın isə Eren Yorulmazer olduğu bildirilir.[4]
Binanın inşa prosesində onun mərtəbələrinin sayı və hündürlüyü ilə bağlı dəyişikliklər edilmişdir. Belə ki, 2015-ci ildə yayımlanmış məlumatlarda binanın 50 mərtəbəli olacağı qeyd edilirdi.[5][3] Həmçinin 2015-ci ildən "Hill International" şirkəti də "Azvil Tikinti" MMC-nin məsləhətçisi kimi tikintiyə qoşulmuşdur.[3] Bu şirkətlə bağlanmış müqavilənin təxmini məbləğinin 3,7 milyon dollar olması məlumat verilir.[3] "Hill International" isə tikintinin bütün mərhələlərində iş qrafikinə, inşaatın keyfiyyətinə və texniki məsələlərə nəzarət etməyi öhdəsinə götürmüşdür.[3]
2017-ci ildə "Nargis" jurnalı tərəfindən yayımlanmış məlumatda binanın 52 mərtəbəli və 277 metr hündürlüyə malik olacağı bildirilmişdir.[1]
Bina inşaat işlərinin tamamlanmasından sonra Flame Towers (33 mərtəbə) qülləsini geridə qoyaraq Azərbaycanın ən hündür göydələni olacaq.
Memarlıq xüsusiyyətləri
Binanın yer sahəsi bir hektar yarıma yaxın, ümumi sahəsi isə 84486 m2-dir.[1] Bina 277 metr hündürlüyə və 52 yerüstü mərtəbəyə malikdir.[1]
İstifadəsi
Biznes mərkəzi kimi nəzərdə tutulmuş Baku Towerin üst mərtəbələri otel kimi hazırlanacaq. Bu, mərkəzdə biznes görüşləri təşkil edən və partnyorlarla intensiv görüş planına malik şəxslərin rahatlığın təmin etməyə hesablanıb. Binanın uğurlu yeri, buradak otaqlarda yaşayan şəxslərə istirahət zamanı Bakı buxtasına açılan mənzərədən zövq almağa imkan verəcək.[1]
Binanın penthausunda şəhərə panoram görünüşə malik restoran və kafelər fəaliyyət göstərəcək. Bütün lazımi infrastrukturla yanaşı binada iki mərtəbəli idman zalı, üzgüçülük hovuzu və müxtəlif mərasimlərin keçirilməsi üçün zal da fəaliyyət göstərəcək.[1]
Həmçinin bax
İstinadlar
- Гасымзаде, Парвиз. "Grand Park Plaza / Baku Tower, Nargis magazine | Журнал Nargis" (rus). 25.07.2017. 2018-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2017.
- "Baku Tower". http://erenyorulmazer.com/. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2016.
- "Hill International проконтролирует строительство высочайшего небоскреба в Баку". Trend. 6 октября 2015. 2017-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2016.
- "В Баку строится грандиозная «Башня»". pronews.az. 27.02.2014. 2014-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2016.
- "Bakıda ilk 50 mərtəbəli göydələnə icazə verildi". marja.az. 15 May 2015. İstifadə tarixi: 4 iyun 2016.