BakuBus

"Bakubus" MMC — 03 aprel 2014 tarixində yaranmış Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən, payları dövlətə məxsus Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC). Nazirlər kabinetinin qərarı ilə nizamnamə kapitalının formalaşdırılması, ilkin mərhələdə fəaliyyətinin təşkili və Cəmiyyət tərəfindən sərnişin daşınması üzrə avtobusların alınması məqsədilə həmin Cəmiyyətə Azərbaycan Respublikasının 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 30 milyon manat məbləğində vəsait ayrılıb.[1]

Hal-hazırda Bakının Suraxanı rayonu, Zığ şossesində yerləşən şirkətin avtoparkında 303 ədəd iritutumlu Iveco Urbanway və Iveco Crealis model avtobuslar var. 2015-ci il dekabrın üçü tarixinə şəhər daxilində 8 marşrut xətti mövcüddur, xətlərin sayı 14 çatdırılmaq məsədi var.[2] Bir avtobus xətti hava limanından Koroğlu28 may metro stansiyalarına qədər günün 24 saatı fəaliyyət göstərir.

2018-ci il məlumatına görə, Bakıda yalnız "Bakubus"a məxsus avtobuslar sıxılmış maye qaz yanacağı ilə işləyir.[3]

Həmçinin bax

İstinadlar

  1. "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  2. "Arxivlənmiş surət". 2016-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  3. "DİQQƏT! Bu avtobuslar xətdən yığışdırılacaq". 2018-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-01.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.