Bakteriyalar

Bakteriyalar (lat. Bacteria) — təkhüceyrəli mikroorqanizmalardır. Prokaryotik mikroorqanizmlərin əksəriyyətini təşkil edən qrupdur. Böyüklükləri 0,1–10 mm arasındadır. Bakteriyaların dünya üzərində 3,5 milyard ildir yaşadıqları bilinməkdədir. Dünyada ən çox yayılmış orqanizmlərdir və yer kürəsində həyatın davam etməsi üçün böyük önəm təşkil etməkdədirlər.

Bakteriyalar
Elmi təsnifat
Domen:
Bakteriyalar
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  50
NCBI  2
EOL  288
MB  562108
Xolera bakteriyası

Bakteriyaların öyrənilmə tarixi

Bakteriyalar hələ yaxşı öyrənilməyəndə bitkilərə aid edilirdi. "Bağırsaq florası" anlayışı da buradan yaranıb.

Yarımaləmlər

  1. Arxebakteriyalar
  2. Əsl bakteriyalar
  3. Oksifotobakteriyalar

Arxebakteriyalar: əsasən, metansintezedici bakteriyalardır. Növlərinin sayı 40-dan çoxdur. Arxebakteriyalarda fotosintez xlorofil yox, bakteriorodopsin əsasında baş verir.

Əsl bakteriyalar: anaerob və aerob heterotrofların, bəzən isə anaerob fotosintezedici avtotrof prokariotlaron, müxtəlif qruplarıdır.

Oksifotobakteriyalar: aerob fotosintezedici prokariotlardır (sinobakteriyalar və xlorosibakteriyalar).

Bakteriyaları kəşf edən Antoni van Levenhuk (XVII) olub. Ən qədim geoloji dövrdə biosferin yaranmasında ayrı-ayrı qrup prokariotların rolu böyükdür. bakterial fəallıq karbonatların, dəmir filizinin, sulfid, silisium, fosforit, boksit və s yataqlarının əmələ gəlməsinə səbəb olmuşdur.

Prokariotlar birhüceyrəli və ya kolonial orqanizmlərdir. Bakterial hüceyrə xaricdən müxtəlif polisaxarid və lipoproteinlərdən əmələ gəlmiş sıx qılafla – yəni, hüceyrə divarı ilə örtülmüşdür. Bir çox bakteriyaların hüceyrə divarı xaricdən selikli kapsul ilə əhatə olunmuşdur.

Bakteriyaların müxtəlifliyi

Bir qram torpaqda təxminən 40 milyon, 1 millilitr şirin suda isə 1 milyon qədər bakteriya hüceyrəsi tapılır. Yer kürəsindəki toplam bakteriya kütləsi bütün mövcud bitkiheyvan cəmindən daha çoxdur[1]. Yaşadıqları mühit şəraitindən aslı olaraq bakteriyalar geniş müxtəlifliyə malikdir. Onlar hüceyrələrinin forması, tənəffüs, qidalanma və digər xüsusiyyətlərinə görə də bir birindən fərqlənir. Qidalanma tiplərinə görə bakteriyalar avtotrof və heterotrof bakteriyalara bölünür.

Avtotrof bakteriyalar

Avtotrof bakteriyalar karbon qazını mənimsəyərək və karbondan istifadə edərək üzvi maddələr yaratmaq qabiliyyətinə malikdir. Qeyri-üzvi maddələrdən üzvi maddələr sintez etmə qabiliyyətinə malikdirlər. Bunlar özləri də enerjidən istifadəsinə görə iki qrupa, fototrofxemotrof bakteriyalara bölünür.

Fototrof bakteriyalar

Yaşıl bitkilər kimi, fotosintez prosesini həyata keçirərək üzvi maddələr sintez edir. Onlar enerji mənbəyi kimi günəş enerjisindən istifadə edirlər. Bu bakteriyalar yaşıl və qırmızı bakteriyalar, həmçinin siano bakteriyalar aiddir. Lakin digər fotosintezedici bakteriyalardan fərqli olaraq, sianobakteriyalar ətraf mühitə oksigen qazı xaric edir.

Xemotrof bakteriyalar

Ko ramala Fototroflar kimi , qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edir, lakin günəşdən deyil, kimyəvi rabitələrdən enerji alır (məsələn, dəmirkükürd bakteriyaları).

Heterotrof bakteriyalar

Heterotrof bakteriyalar isə karbonu yalnız hazır üzvi birləşmələrdən mənimsəyir. B kisicamal kteriyaların əksəriyyəti heterotrof yolla qidalanır. Lazım olan üzvi maddələri xarici mühitdən alır. Bu səbəbdən parazit və saprofit bakteriyalara bölünür. Parazit bakteriyalar digər canlılarda parazitlik edərək onların üzvi maddələri ilə qidalanır, nəticədə xəstəlik törədir. Bitki, heyvan və insanlarda xəstəlik törədən bir çox parazit bakteriyalara rast gəlinir. Saprofit bakteriyalar üzvi qalıqlarla qidalanır. İfraz etdikləri maddələrlə ölmüş orqanizmlərin parçalanmasında və çürüməsi prosesində iştirak edir. Hetrotrof çürüntü bakteriyaları bitki və heyvan qalıqlarını çürüdərək minerallaşdırır. Saprofit bakteriyalara qıcqırma bakteriyaları da aiddir.

Torpaqdakı bakteriyalar

Torpaqda hemotraf bakteriyalar geniş yayılmışdır. Bunlardan dəmir bakteriyaları böyük maraq doğurur. Onlar dəmirin aşağı oksidli birləşməsini dəmir oksid formasına çevirir: 2FeCO3+3H2O+O=2Fe(OH)3+2CO2+121.2 coul Təbiətdə azotun dövranında bilavasitə iştirak edən bakteriyalar xüsusi yer tutur. Bunlar torpaqda nitrifikasiya prosesi apararaq ammoniumu azot turşusuna çevirir: 2NH3+3O2=2HNO2+2H2O+718.9 coul belə oksidləşmə reaksiyası Nitronomonos tipli bakteriyaların köməyilə gedir. Sonra azot turşusu nitrat turşusuna qədər oksidləşir: 2HNO2+O2=2HNO3+108.7 coul. Bu reaksiyada nitrobacterlər iştirak edir. Nitrifikasiya prosesindən başqa torpaqda mikroorqanizmlərin təsirilə başqa bir proses denitrifikasiya və ya nitratların sərbəst azota qədər reduksiya prosesi gedir. Bu proses iki mərhələdə keçir: əvvəlcə nitratlar nitritlərə qədər, sonra isə nitritlər – sərbəst azota qədər bərpa (reduksiya) olunur. C6H12O6+4NO3=6CO2+6H2O+2N2 və ya 3C+4KNO2+H2O=2KHCO3+K2CO3+2N2 .

Denitrifikasiya prosesi denitrifikator bakteriyaların təsirilə baş verir. Mühüm orqanizmlərdən 1860-cı ildə İ.S.Voronin tərəfindən tapılan hemotroflar – kök bakteriyaları və anaerob mikroorqanizmin – klostridiumu göstərmək olar. Hər iki mikroorqanizm növü azotun dövranında fəal iştirak edir, odur ki, onların torpaqəmələgəlmədə və torpağın münbitliyində böyük əhəmiyyəti vardır.

Xarici keçidlər

Həmçinin bax

Ədəbiyyat

  • Qiulia Enders "Füsunkar bağırsaq", Bakı, "Qanun nəşriyyatı" — 2020, 280 s.

İstinadlar

  1. Whitman WB, Coleman DC, Wiebe WJ. "Prokaryotes: the unseen majority". Proceedings of the National Academy of Sciences of the United States of America. 95 (12). 1998: 6578–83. Bibcode:1998PNAS...95.6578W. doi:10.1073/pnas.95.12.6578. PMC 33863. PMID 9618454.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.