Bakmil metrostansiyası
Bakmil metrostansiyası — Bakı metrosunda ilk yerüstü stansiyadır. 1979-cu il 31 dekabrda istifadəyə verilib. Qatarlar bu stansiyadan depoya və geriyə Nəriman Nərimanov stansiyasına gedir.
Bakmil metrostansiyası | ||||
---|---|---|---|---|
1-ci xətt | ||||
Bakı metrosu | ||||
Rayon | Nərimanov | |||
Açılış tarixi | 31 dekabr 1979 | |||
Keçmiş adları | Elektrozavod | |||
İnşaat tipi | Yerüstü | |||
Platformaların sayı | 1 | |||
Çıxdığı küçələr | Ələsgər Qayıbov küçəsi | |||
İş rejimi | 06:00—00:00 | |||
Qonşu stansiyalar | Depo, Nəriman Nərimanov | |||
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
|
Tarixi
Bura 1970-ci ildə açılıb və 9 il "Nərimanov" elektrik deposunun platforması olub. 31 dekabr 1979-cu ildən isə stansiya kimi fəaliyyətə başlayıb.[1]
26 mart 2019-cu ildə əsaslı şəkildə yenidən qurulmuş stansiyanın rəsmi açılışı baş tutmuşdur. Müasir səviyyədə yenidən qurulan stansiyanın əsas memarlıq görkəmi saxlanılaraq infrastrukturu və fasadı tamamilə yenilənib. Stansiyada monolit dəmir-beton konstruksiyalı sərnişin platforması inşa edilib. Stansiyanın təmirdən sonra ən mühüm yeniliyi sərnişinləri birbaşa ikinci mərtəbədə - platforma səviyyəsində qəbul etməsidir ki, bunun sayəsində də birinci mərtəbə yalnız xidməti sahəyə çevrilib. Açıq hava şəraitində yerləşən stansiya yolu çətirlə örtülmüşdür. Platforma boyunca bütün yol sahəsini əhatə edən çətir sərnişinləri və qatarları yağışdan qorumaqla yanaşı, burada gecə vaxtlarında qatar saxlanılmasına da imkan yaradır. Stansiyada bütün kommunikasiya xətləri təzələnib, yanğın təhlükəsizliyi ilə bağlı ən son texnologiyalara uyğun yeniliklər tətbiq edilib. Gözləmə zalında yeni asma tavan, müasir işıqlandırma və informasiya-məlumat sistemləri, turniketlər quraşdırılıb.[2]
İstinadlar
- Real TV. "Bakı metrosunun ilk yerüstü stansiyası" (az.). Youtube.com. 02.04.2024. 2024-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.
- AzərTAc. "Prezident İlham Əliyev "Bakmil" stansiyasında yaradılan şəraitlə tanış olub" (az.). Youtube.com. 26.03.2019. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-26.