Bakinski proletari

"Bakinski proletari" (az-əbcəd. باکینسکی پرولئتاری, rus. Бакински пролетари; mənası – Bakı proletarları) — Çar Rusiyası dövründə Azərbaycanda gizli fəaliyyət göstərmiş bolşevik qəzeti, RSDFP Bakı təşkilatının orqanı.

Bakinski proletari
Yaranma tarixi 1907
Dil rus dili
Nəşrini dayandırıb 1909
Baş ofis
Ölkə

Tarixi

Qəzetin ilk nəmrəsi 20 iyun 1907 ildə Bakıda çıxmışdır. Birinci nömrəsi RSDFP Bakı təşkilatı Balaxanı rayonunun, ikinci nömrəsi Balaxanı və Qara Şəhər rayonlarının orqanı kimi çıxmışdır. Qəzet marksizm–leninizm nəzəriyyəsini təbliğ etmiş, proletariatın sinfi mübarizəsində partiyanın avanqard rolunu təmin etmək uğrunda ardıcıl, menşeviklərə qarşı fəal mübarizə aparmış, Vladimir Leninlə, "Proletari" və "Sosial-demokrat" qəzetlərinin redaksiyaları ilə əlaqə saxlamışdır. Yerli partiya orqanlarının möhkəmləndirilməsi sahəsində aparılan işlərə xüsusi diqqət yetirilirdi. Nəşri sonuncu – 7-ci nəşrindən sonra, 29 avqust 1909-cu ildə mətbəənin dağıdılması təhlükəsi ilə əlaqədar dayandırılmışdır.[1]

İstinadlar

  1. Бакински пролетари // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 549.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.