BakAZ-3219
BakAZ-3219[1], Pinqivin — XX əsrin 70–80-ci illərində Bakı Xüsusitəyinatlı Avtomobillər Zavodunda hansıki sonradan Bakı Avtomobil Zavodu olaraq (BakAZ) adlandırılan zavodda əfsanəvi PAZ-672 modelinin əsasında xalq arasında "Pinqvin" adlandırılan soyuducuya sahib ərzaq məhsulları daşıyan BZSA-3742 modeli buraxılmışdır. 1989-cu ildə bu modelin əsasında BakAZ-3219 modeli hazırlanır. BakAZ-3219 modelinin BZSA-3742 modelindən fərqi soyuducu sisteminin çıxarılması, onun əvəzinə oturacaqların qoyulması və çoxlu sayda şüşəli pəncərələrin yerləşdirilməsi olmuşdur. Bu modelin əsasında isə tibbi laborotoriya ilə təmin olunmuş avtobuslar buraxılmışdır. 1990-cı illərdə bu tibbi avtobuslar cəbhə ərazilərində yararlı nəqliyyat vastəsi sayılırdı.
BakAZ-3219 | |
---|---|
Ümumi məlumatlar | |
İstehsalçı | Bakı Avtomobil Zavodu |
İstehsal ili | 1989–1993 |
İstehsalı
Bu modelin buraxılışı 1989–1993-cü illərdə gerçəkləşdirilmişdir. İstehsal olunan avtobuslar təkcə Azərbaycanda deyil həmdə Rusiyanın bir çox vilayətlərində istismara verilmişdir. Zavod 1993-cü ildən etibarən gəlir gətirmədiyindən istehsalı dayandırılmışdır.
İstinadlar
- "BakAZ-3219". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-18.