Bakırköy

Bakırköy (türk. Bakırköy) — İstanbul ilinin ilçəsi. Avropa hissəsində yerləşir. İstanbulun Qərb yarısında, Mərmərə dənizinin şimal-şərq sahillərində, Paşaeli yarımadasında yerləşir. 1926-cı ildə əsası qoyulmuş Bakırköy rayonu, 1992-ci ildə indiki sərhədlərinə çatmışdır.[1] İlçə qərbdən Kiçikçəkməcə, şimaldan Bağçalıevlərlə, şimal-şərqdən Güngörən, şərqdən isə Zeytunburnu ilçələri ilə həmsərhəddir.

Bakırköy
40°58′59″ şm. e. 28°51′13″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 29,65 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 222.668 nəf. (2018)
Digər
bakirkoy.gov.tr
Bakırköy xəritədə
Bakırköy
Bakırköy
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adının tarixçəsi

İstanbulun ən qədim və ənənəli məkanlarından biri olan Bakırköy, tarixinin Roma İmperiyasına qədər getdiyi bu ilçənin adı o illərdə "Hebdomon" olaraq bilinirdi. Bəzi mənbələrə görə, Bizanslılar bu rayonu "Makro Hori" (uzun kənd) adlandırdılar. Osmanlı İmperiyası dövründə də istifadə edilən "Makro Hori" adı respublika elan olunduqdan sonra, 1925-ci ildə Bakırköy adını almışdır.[2]

Yerləşməsi

1989-cu ilə qədər 275 km² sahəsi ilə İstanbulun ən geniş sahəli ilçələrindən olan, Kiçikçəkməcə, Bağçalıevlər, GüngörənZeytunburnu ilçələri ilə həmsərhəd olan bu ilçənin ərazisi 1992-ci ildə hal-hazırkı formasına çatmışdır.[3]

Məşhur sakinləri

  • German (Afasanadis, Yannakis) (1930–2018) — Feodoropol mitropoliti.
  • Ellidifor (Lambriniadis) (1967-ci ildə anadan olmuş) — Prussiya mitropoliti.
  • Münir Özqul (1925–2018) — türk film və serial aktyoru.
  • Nəcip Uysal (1991-ci ildə anadan olmuş) — Beşiktaş PFK-da oynayan türk futbolçu.
  • Furkan Qorxmaz (1997-ci ildə anadan olmuş) — ABŞ-də hücumçu mövqeyində oynayan türk basketbolçu.

Məhəllələr

Rayonda ümumilikdə 15 məhəllə vardır.

İstinadlar

  1. "Bakırköy", Dünden Bugüne İstanbul Ansiklopedisi, Tarih Vakfı, 1994. ISBN 975-7306-00-2.
  2. "Bakırköy". Ana Britannica Ensiklopediyası. 4. Nəşr. İstanbul: Hürriyət Çap Evi. 1993. səhifə 168–169.
  3. Bambaşka Bakırköy Gazetesi, Sayı: 5, fevral 2009, səhifə 16

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.