Bakıda şərq xalqlarının I qurultayı (film, 1920)
Bakıda şərq xalqlarının I qurultayı — qısametrajlı sənədli film. 1920-ci ildə Azərbaycan XMK-nın İncəsənət Şöbəsində istehsal edilmişdir.
Bakıda şərq xalqlarının I qurultayı | |
---|---|
İstehsalçı | Azərbaycan XMK-nın İncəsənət Şöbəsi |
İlk baxış tarixi | 1920 |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 17 dəq. |
Ölkələr | Azərbaycan SSR |
Dil | səssiz |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Bakı |
Məzmun
Kinosüjet Azərbaycan sovetləşəndən sonra, 1-7 sentyabr 1920-ci ildə Bakıda Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun iştirakı ilə keçirilən Şərq xalqlarının I qurultayının işindən bəhs edir.[1]
İstinadlar
- Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 9
Mənbə
- Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.