Bakı zəlzələsi (2000)

Bakı zəlzələsi — 2000-ci il noyabrın 25-də Azərbaycanın paytaxtı Bakı şəhərində baş vermiş zəlzələ. Bu, Azərbaycan tarixində son yüz ilin ən güclü zəlzələlərdən biri idi.[1] Zəlzələ saat 21:30 radələrində Bakıda 6,8 bal gücündə hiss olunmuşdur.[2] Zəlzələnin episentri Azərbaycanın Xəzər dənizi sektorunda yerləşirdi. Təkanlar iki dəfə dalğavari olmaqla 22 saniyə çəkmişdir.[3]

Bakı zəlzələsi
Tarix
  • 25 noyabr 2000
    saat:21:30
Maqnituda 6,8
Episentrin yeri
  • 40°15′ şm. e. 49°54′ ş. u.
Əhatəsi Bakı
Ölənlər 30

Zəlzələnin nəticəsi

Məlumata görə 30 nəfər tələfat qeydə alınmışdır. Zəlzələ nəticəsində müəyyən binalarda çatlar yaransa da, ümumilikdə ciddi dağıntılar müşahidə olunmamışdır. Bakının köhnə sovet binaları güclü zəlzələyə davam gətirmişdir. Ardından kiçik maqnitudalı zəlzələlər qeydə alınmışdır. Bu zəlzələ insanlar arasında şok effekti yaratmışdır.

Yardım və sonrakı addımlar

28 noyabr 2000-ci il tarixli Prezident fərmanına əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar üzrə Dövlət Komissiyasına zəlzələnin nəticələrini aradan qaldırmaq üçün 5,5 milyon dollar (25 milyard manat[4]) vəsait ayrılır. Zəlzələnin təsirinə məruz qalan ərazilərə qiymətləndirmə qrupları göndərildi. Bakıda 27 noyabr tarixindən etibarən 19 ailənin üç ağır zədələnmiş binadan evakuasiya edilməsi qərara alınır. Məktəblər müvəqqəti olaraq bağlanılır.

BMT-nin UNHCR, UNHCR, UNICEF, UNFPAÜST-dən ibarət olan Fəlakətin İdarə Edilməsi Qrupu hökumətin səylərini dəstəkləmək imkanlarını nəzərdən keçirmək üçün təşkil edilir. Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı Federasiyası 590.000 ABŞ dolları həcmində beynəlxalq yardım üçün təcili müraciət edir.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.