Bakı real məktəbinin binası

Bakı real məktəbinin binası1901-1904-cü illərdə mülki mühəndis Dmitri Buynovun layihəsi ilə Bakı real məktəbi üçün tikilmiş bina. Hazırda binada Azərbaycan Dövlət İqtisad Universiteti fəaliyyət göstərir.

Bakı real məktəbinin binası
Binanın XX əsrin əvvəllərində çəkilmiş şəkili
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir İstiqlaliyyət küçəsi, 6
Aidiyyatı Azərbaycan Dövlət İqtisad Universiteti
Memar Dmitri Buynov
Tikilmə tarixi 1901-1904
Vəziyyəti yaxşı
KateqoriyaBina
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Bakı real  məktəbinin binası  (Bakı)
Bakı real
məktəbinin binası

Haqqında

Bina 1901-1904-cü illərdə mülki mühəndis Dmitri Buynovun layihəsi əsasında Bakı real məktəbinin binası kimi inşa edilmişdir. Memar binanın ilkin layihəsini 1892-ci ildə təşkil etmiş, lakin, həm layihədə həm də smetada əhəmiyyətli dərəcədə çatışmazlıqların və nöqsanların olması səbəbindən qəbul edilməmişdir.1900-cü ilin əvvəllərində Buynovun dəyişikliklər edərək İtalya İntibah memarlığı stilində işlədiyi layihə təsdiq edilmişdir. Bina, qırmızı xəttə boyunca lüçənin rəvan xəttinə daxil edilmişdir və yan qanadlarının bucaq altında yerləşmiş olduğu mərkəzi hissənin əzəmətliyi ilə xüsusi olaraq nəzərə çarpdırılmışdır. Fasadın klassik quruluşu birinci mərtəbənin çox əsaslı şəkkildə yonulmamış daş hörgüsü ilə açıq-aydın ifadə olunmuş kürsülük və Korinf pilyastrları və çox çıxarılmış pərvazla möhkəmləndirilmiş iri tağ yerləri ilə birgə tamamlayıcı yuxarı mərtəbə magistralın memarlıq-planlaşdırılma quruluşunda binanın əhəmiyyətini müəyyən etmişdir. Fasadın gözəl plastikası, işlənmə mədəniyyəti və detalların aydın çəkilməsinə münasibət məktəb binasının bütün kompozisiyasında aşkar edilmişdir. Yüksək relyefdə daşdan düzəldilmiş, yan qanadların yuxarı künclərində klassik memarlıq motivinin kompozisiyasının dekorativ-ornamental inkişafı binanın memarlığına diqqət cəlb edir.[1]

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.