Bakı real məktəbi
Bakı real məktəbi[1] — 1874-cü ildə Bakı real gimnaziyasının (1867) əsasında yaradılmışdır. Məktəbdə 1876-cı ildə 431 (44 az-lı), 1899-cu ildə 658 (67 az-lı) şagird təhsil alırdı. Burada hazırlıq sinifləri də açılmışdır. 1890-cı ilin məlumatına görə Bakı real məktəbində oxuyanların 4.6 % kəndli uşaqları idi. Şagirdlərin müəyyən qismi dövlət hesabına təhsil alırdı. Bakı milyonçusu Musa Nağıyev məktəbə maliyyə yardımı edirdi. N. Nərimanov, H. Zərdabi Bakı real məktəbində dərs demişdir.
Bakı real məktəbi | |
---|---|
Əsası qoyulub | 1874 |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | Bakı şəhəri |
İstinadlar
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 78. ISBN 978-9952-441-07-9.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.