Bakı etirazları (2019)
2019-cu il Bakı etirazları — 8, 19 və 20 oktyabrda keçirilmiş dinc mitinqlər. 8 və 19 oktyabrda Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) tərəfindən təşkil edilmiş etirazların tələbləri arasında siyasi məhbusların azad olunması, azad və ədalətli seçkilərin keçirilməsi vardı. Etirazlar həmçinin işsizlik və iqtisadi bərabərsizliyin əleyhinə idi. Oktyabrın 19-da həbs olunmuş şəxslər arasında AXCP sədri Əli Kərimli də vardı. Oktyabrın 20-də qadınlar ailə daxili şiddətə qarşı etiraz keçirdi.
Bakı etirazları (2019) | |
---|---|
| |
Yer | Bakı, Azərbaycan |
Tarix | 8, 19, 20 oktyabr |
Əsas məqsəd | Siyasi məhbusların azad edilməsi, azad və ədalətli seçkilər, qadınlara qarşı şiddətə son qoyulması, prezident İlham Əliyevin istefası |
Təşkilatçılar | Demokratik Qüvvələrin Milli Şurası |
İştirakçı sayı | 220 (oktyabrın 19-da)[1] |
Əleyhdarları | Polis, Çevik Polis Alayı |
Vikianbarda əlaqəli mediafayllar |
Əvvəlki tarixi
Azərbaycan Konstitusiyası müvafiq dövlət orqanını əvvəlcədən xəbərdar etdikdən sonra sərbəst toplaşmaq azadlığını nəzərdə tutsa da, praktikada Azərbaycan hökuməti belə toplaşmaların yerli bələdiyyələrdən icazə almasını tələb edir.[1] Qadınların mitinq iddiası təklif olunmuş yerdə çoxsaylı dükan və restoran olduğuna görə hökumət tərəfindən rədd edildi.[1]
Etirazlar
Oktyabrın 8-də DQMŞ sərbəst toplaşmaq azadlığına dəstək üzrə mitinq təşkil etdi. İştirakçılar Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında toplaşaraq hakimiyyətin Məhsul stadionunda mitinqə icazə verilməməsinə dair qərarına etiraz etdilər. Etirazçılara əvəzinə Bakıdan 20 km məsafədəki Lökbatan ərazisi təklif olunub.[2] Əlli nəfərə məkanda etiraz aksiyası keçirməyə icazə verildi, etiraza qatılanlardan daha çoxu polis kordonundan keçməyə çalışdı. Onlar qovulmuşdular və bəziləri həbs olundu. Polisin bildirdiyinə görə, yeddi etirazçıya "kütləvi nümayişlər qanununu" pozduğuna görə töhmət verildi, dörd nəfər eyni səbəbdən inzibati protokol aldı.[2]
19 oktyabr etirazı əvvəl polis Bakı mərkəzində bir neçə küçəni bağlamışdır, üç metro stansiyasının (28 May, Cəfər Cabbarlı və Xətai) fəaliyyəti dayandırılmış və internet məhdudlaşdırılmışdır.[3] Bakı şəhər Baş Polis İdarəsi 19 oktyabr etirazı "qanunsuz" elan etdi.[3] Çevik Polis Alayının bir neçə yüz əməkdaşı istifadə olunub.[3] Həmin gün Əli Kərimli Bakı mərkəzindəki etiraza qoşularkən polislər tərəfindən saxlanıldı. Axşam saatlarında sərbəst buraxıldı. Polisin bildirdiyinə görə, altmış etirazçı həbs olunub, onlardan qırx ikisi "xəbərdarlıq" edilərək sərbəst buraxıldı.
Oktyabrın 20-də etiraz edən qadınlar Xurşidbanu Natəvanın heykəli qarşısında toplaşaraq ərazini tərk etmələrini tələb edən polislərə rast gəldilər. Plakatlarının polis tərəfindən cırılmasından qorxaraq qadınlar eyni şüarları öz paltarları üstündə də yazdılar. Bir neçə etirazçı Bakıda məktəb zorbalığı səbəbindən intihar etmiş Elina Hacıyevanın xatirəsinə şüarlar aparırdı.[4]
Reaksiyalar
Oktyabrın 19-da verdiyi bəyanatda Avropa İttifaqı Azərbaycan hökumətini "həbsdə qalan dinc etirazçıları azad etməyə" çağırıb. O, eyni zamanda qeyd etdi ki, "sərbəst toplaşmaq azadlığı əsas insan hüququdur və onun Azərbaycandan beynəlxalq öhdəliklərə uyğun olaraq tam şəkildə təmin edəcəyini" gözləyir. Avropa Parlamentinin üzvü Kati Piri "zorakılıq, müxalifətçilərə və vətəndaş cəmiyyəti fəallarına qarşı dövlət qarayaxma kampaniyası, o cümlədən peşə vəzifələrini yerinə yetirən Aİ diplomatlarına qarşı görünməmiş hücum olunduğunu" bildirdi.[5]
ABŞ-nin Bakıdakı səfirliyi "hökuməti polis zorakılığı barədə məlumatları etibarlı şəkildə araşdırmağa, cavabdeh olanları məsuliyyətə cəlb etməyə və həbsdə qalanları sürətli şəkildə azad etməyə" çağırıb.[6]
Azərbaycanın Benilüksdəki keçmiş səfiri Arif Məmmədov 19 oktyabr etirazı zorakılıqla yatırıldığına görə Azərbaycan hökumətini sərt tənqid etdi.[7]
İstinadlar
- "Azerbaijan: Peaceful Rallies Dispersed Violently" (ingilis dilində). Human Rights Watch. 22 oktyabr 2019. 2019-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 oktyabr 2019.
- "Opposition Activists Protest Outside Mayor's Office In Baku" (ingilis dilində). RFERL. 8 oktyabr 2019. 2019-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 oktyabr 2019.
- Murad Hemidov. "Mitinq zamanı polis vətəndaşlara şiddət edib". Sosxəbər. 19 oktyabr 2019. 2019-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2019.
- "Anti–domestic violence march goes ahead in Baku despite attempts by police to disperse it" (ingilis dilində). OC Media. 21 oktyabr 2019. 2019-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 oktyabr 2019.
- "Statement by the Spokesperson on the latest developments in Azerbaijan" (ingilis dilində). European External Action Service. 19 oktyabr 2019. 2020-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 oktyabr 2019.
- "U.S. Embassy in Azerbaijan released statement on October 19 protest" (ingilis dilində). Azəri Press Agentliyi. 21 oktyabr 2019. 2020-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 oktyabr 2019.
- "Экс-посол Азербайджана Ариф Мамедов: Ильхам Алиев – фашист" (rus dilində). Infoteka24. 20 oktyabr 2019. 2020-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 oktyabr 2019.